Prezidentin Türkiyəyə səfəri əlamətdar müzakirələrlə yadda qalacaq - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin Türkiyəyə səfəri əlamətdar müzakirələrlə yadda qalacaq. Dünya gündəminin Rusiya-Ukrayna müharibəsinə kökləndiyi vaxtda ilkin olaraq münaqişənin həlli ilə bağlı perspektivlər, Türkiyə və Azərbaycanın vasitəçilik imkanları mütləq ki müzakirə olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, hər iki dövlət tərəflərlə münasibətlər baxımından neytral sayıldığı üçün moderatorluq imkanları güclüdür: “Qarabağda mövcud olan problem isə danışıqlar masasında prioritet məsələ olacaq. Hər kəsə məlumdur ki, ölkələrimiz arasında keçən ilin iyul ayında imzalanmış, bir müddət öncə isə ratifikasiya edilmiş Şuşa bəyannaməsi tərəflərdən hər hansı birinin suverenliyinə təhdid olduğu təqdirdə müştərək müdafiə imkanlarını ehtiva edir. Bugün isə separatçılardan hələ də təmizlənməmiş bölgələrimizdə təxribatlar qızışıb. Əli silahlı terrorçuların təxribatları birbaşa ərazi bütövlüyümüzə yönəlmiş təhdidlərdir və bugünə qədər danışıqlarla qarşısı alınması mümkün olmadığı üçün artıq anti-terror əməliyyatları labüdləşir. O baxımdan düşünürəm ki, prezidentlərin görüşündə bəyannamənin praktiki tərəfləri müzakirə olunacaq. Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərinin də danışılacağı gözlənilir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB