Türkiyə hərbi bazasının Azərbaycanda olması mütləq şərtdir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə - Azərbaycan əlaqələri daima dostluq müstəvisində davam edir. İki qardaş ölkə müttəfiqdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, biz Türkiyə Cümhuriyyətinin dəstəyini 2-ci Qarabağ müharibəsində gördük: "Türkiyə dövlətinin yanımızda olması bizə qarşı qurulmuş məkirli planların qarşısının alınmasına kömək oldu. Şuşa bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik hüquqi cəhətdən rəsmiləşdirildi. Türkiyə Prezidentinin Azərbaycana və işğaldan azad edilmiş ərazilərimizə səfəri bir daha onu sübut edir ki, tərəflər konkret olaraq bu əlaqələrin inkişafına daha da maraqlıdır. Regionda geosiyasi şərtlər dəyişir və Azərbaycan Türkiyə ilə müttəfiqliyi daha səmərəli səviyyədə inkişaf etdirmək üçün böyük addımlar atır. Hesab edirəm ki, Türkiyənin hərbi bazasının Azərbaycanda olması mütləqdir. Çünki təhlükəsizlik riskləri var və böyük dövlətlərin, kiçik dövlətlərə təziqləri mümkün ola bilər. Ona görə bu münasibətlərin hərbi bazada formalaşması mütləqdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə