"Prezident Azərbaycanın qəti mövqeyini bir daha göstərdi" AÇIQLAMA

"Həm Cənab prezident İlham Əliyev, həm də birinci-vitse prezident Mehriban Əliyeva TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin suallarına aydınlıq gətirməklə bərabər Azərbaycanın möveyini ortaya qoyublar". Bunu SİA-ya açıqlamasında Politoloq Cümşüd Nuriyev deyib.

Politoloq Cümşüd Nuriyev bildirib ki, Marqarita Simonyan kimi provakator jurnalistlər Cənab Prezident tərəfindən ustalıqla susduruldu: "Eyni zamanda Cənab Prezident ona verilən sualları cavablandırdıqda Azərbaycan tərəfinin bütün hallarda sülhpərvər, sivil bir xalq olduğunu həm də Azərbaycanın bir keçmişi, ənənəsi və tarixinin olduğunun gündəmə gətirir. Bunların fonunda Cənab Prezident bir növ Azərbaycanın bu günki mövqeyini açıqladı. Üçüncüsü, keçirilən görüşdə Xocalı soyqırımı ilə bağlı bir növ Azərbaycana qarşı olan ədalətsizliyi rəqib siyasi meydanda açıqlığa çıxardı. Ermənistanın qeyri-sülhpərvər oldugunu dilə gətirməklə bərabr mesaj verildi ki, bütün bunlara baxmayaraq Azərbaycan Qarabağ məsələsin özü həll etdi. Dördüncü və ən başlıcası verilən sualların içərisində Luqanskın və Donetskin tanınması ilə bağlı məsələyə Prezidentimiz çox ustalıqla cavab verdi. Fikir verdinizsə jurnalist Rusiyanın belə addım atacağını başörtülü şəkildə gündəmə gətirdi. Bunlar bir şeyi anlamadılar ki, Rusiya və Azərbaycan arasında tərəfdaşlıq haqqında bəyannamə Azərbaycanı gələcək bütün bəlalardan qorudu. Prezidentimiz diplomotik tərəfdən Putindən üstün oluduğu da bir daha göstərdi. Verilən cavablar Azərbaycan Prezidentinin siyasi gücünü gündəmə gətirdi. Prezidentimiz uzaqgörən, ağıllı, düşüncəli siyasətçi olduğunu bir daha göstərdi".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə