Qlobal Bakı Forumuna CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

4 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilə bağlı SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Elbəniz Eyvazov: “Qlobal Bakı Forumu kimi beynəlxalq əhəmiyyət daşıyan tədbirlərin Bakıda keçirilməsi məni bir vətəndaş kimi sevindirir. Çünki bu kimi tədbirlər bizim ölkəmizin nüfuzunu göstərir. Bu forumda dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. Bu ölkəmizin nüfuzunun bariz göstəricidir”.

Paytaxt sakini Fidan Orucova: “Əgər bu kimi forumların ölkəmizə faydası olacaqsa keçirilməsi əlbəttə, yaxşıdır. Düşünürəm ki, bu forum bizim üçün də, dünya üçün də faydalı olacaq”.

Paytaxt sakini Naibə Məsimova: “Bu cür forumların Bakıda keçirilməsi insanlarda ruh yüksəkliyi yarada bilər. Bu cür tədbirlər ölkəmizin dünyada nüfuzunun yüksəkliyini göstərmək baxımdan olduqca önəmlidir. Belə tədbirlər nə qədər çox olarsa, bir o qədər yaxşıdır”.

Paytaxt sakini Vaqif Şirəliyev: “44 günlük zəfərdən sonra ölkəmizin nüfuzu daha da artdı. Dünya ölkəmizin gücünə, qüdrətinə bələd oldu. İndi bu gün belə bir forumun keçirilməsi ondan xəbər verir ki, Azərbaycan necə əhəmiyyətli nüfuza malik bir ölkədir. Həm də Azərbaycan bu gün dünyada özünəlayiq yer qazanmış ölkədir”.

Paytaxt sakini Ramazan Musayev: “Belə bir qlobal məsələlərin həll olunacağı bir forumun keçirilməsi həm ölkəmiz, həm də dünya üçün faydalı olacaq. Bu tədbirin Azərbaycanda olması həm də onun dünyada olan yüksək nüfuzunun bir göstəricisidir”.

Paytaxt sakini Rəisə Sultanova: "Belə tədbirlər lazımlıdır ki, keçirilir. Bunun bir önəmi, əhəmiyyəti mütləqdir ki, var. Bu kimi forumlar bizim qlobal aləmdə nüfuzumuzun bir göstəricidir".

Paytaxt sakini Zənurə Seyidbəyli: "Bir gənc kimi düşünürəm ki, bu tip forumların ölkəmizdə keçirilməsi ölkəmizin nüfuzu baxımdan önəmlidir. Həm də bir fəxrdir ki, qlobal problemlər məhz bizim ölkəmizdə müzakirə olunur".

Paytaxt sakini Turqut Atay: "Təbii ki, bu cür tədbirlər, forumlar ölkənin nüfuzunu beynəlxalq səviyyədə daha da artırır. Dünyanın əhəmiyyətli problemlərinin ölkəmizdə müzakirəsi dövlətimizin düşüncə mərkəzinə çevrilməsinin əyani sübutudur".

Paytaxt sakini Qəzənfər Səmədov: "Düşünürəm ki, bu forumun çox böyük əhəmiyyəti var. Forum tək ölkəmiz üçün yox, dünya üçün də əhəmiyyətli olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə