İrəvana da gedib çıxacağıq - QAZİLƏR DANIŞDI - SORĞU

27 sentyabr Anım Günü səbəbi ilə Şəhidlər Xiyabanında SİA olaraq sorğu keçirdik. Həmin sorğunu sizə təqdim edirik:

Qazi Natiq Hacıyev: “Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşdə iştirak etmişəm. Şuşa ətrafında gedən döyüşlərdə yaralanmışam. Əvvəla bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah bütün şəhidlərə rəhmət etsin. Allaha qazilərimizə şəfa versin. Mən onu deyə bilərəm ki, cənab Prezident ilə fəxr edirəm. Prezidentimiz ilə də, xalqımızla da fəxr edirəm. Dövlətimizlə fəxr edirəm. Allah Prezidentimizi, xalqımızı qorusun. Böyük sevinc hissi yaşayıram. Sevincimi ifadə edə biləcək söz tapa bilmirəm”.

Qazi Vilayət Acalov: “Şəxsi heyətimiz adından şəhidlərimizə rəhmət diləyirəm. Qazi deyəndə biz həmişə ordumuzun sıralarındayıq. Baxmayaraq biz indi qaziyik. Amma həmişə Ali Baş Komandanın əmri ilə ordumuzun ön sıralarında getməyə hazırıq. Bu gün çox gözəl gündür. Bu gün Azərbaycanın çağırış günüdür. Bir il bundan qabaq cənab Prezident xalqın iradəsini, gücünü qüvvətini bütün dünyaya nümayiş etdirdi. Bunun da adı dəmir yumruqdur. Bu gün Şəhidlər Xiyabanına gəlib qardaşlarımızı ziyarət etdik. Onlara minnətdarlığımızı bildiririk ki, qanımız yerdə qalmadı. Minnətdarıq ona onlara ona görə ki, bu vətən uğrunda canlarından keçdi. Bizim Ali Baş Komandanımız hər zaman dünyaya mesaj da göndərdi. Azərbaycanla ultimatom dili ilə danışmaq olmaz. Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın dəmir yumruğu hər zaman Azərbaycanın müdafiəsiinə qalxmağa hazırdır. Biz Qarabağ deyə-deyə Zəngəzura getdik çıxdıq. Allah izn versə, İrəvana da gedib çıxacağıq. O əmri gözləyirik”.

Qazi Hacı Orucov: “Mən Zərdab rayonundanam. Bu gün əməliyyat olmuşdum. Əməliyyatdan çıxıb bura Şəhidlər Xiyabanına gəldim. Bu bir vətandaş kimi bizim də borcumuzdur. Fəxr edirəm ki, əsas odur ki, Qarabağ Azərbaycanındır”.

Şəhid anası Dilruba Behbudova: “Bu günləri şəhidlərimizin anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin. 1992-ci ildə Zəngilan şəhəri Qazançılar kəndi alınan zaman mənim oğlum orada şəhid olub. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Bütün şəhid analarına Allahdan səbr diləyirəm. Allah bütün qazilərimizi, döyüşən ordumuzu, Ali Baş Komandanımızı qorusun. Bu gün mən qürur hissi keçirirəm ki, Prezidentimiz və döyüşən ordumuz bizim torpaqlarımızı aldı və bizim qanımız yerdə qalmadı. Deyir uğrunda ölən varsa, vətəndir. Oğullarımız öldüsədə, torpaqlarımız geri qayıtdı. Biz bu gün Prezidentimiz ilə, döyüşən ordumuz və qazilərimizlə fəxr edirik".

TRT-nin Azərbaycan müxbiri Fatih Avanos: “ Bir il əvvəl bu günün sabahı Ağdam şəhərindəydik. Azərbaycan topçusunun əks hücuma başladığı o anlara şahidlik etdik. Türkiyəyə birbaşa yayına başladıq. Çox çətin bir dönəm idi 44 gün davam etdi amma davamı ilə birlikdə 60 gün davam etdi. Azərbaycan əsgərlərinin şücaətinin şahidi olduq. Orada unudulmaz xatirələr yaşadıq. Azərbaycan xalqının çəkdiyi acıları da gördük. Amma səbrli oldular müharibənin başa çatmasını gözlədilər. Güclü oldular möhkəm oldular. Onların o, dözümlü davranışının da şahidi olduq. İnanılmaz, unudulmaz günlər idi. 30 illik işğal müddəti Azərbaycan ordusu tərəfindən 44 gündə sona çatdırıldı. 2907 şəhidimiz var. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hamısı bir qəhramandır. Azərbaycanın gələcəyinə, tarixinə adlarını yazdırdılar. Hamısı rəhmətlə anıram. Bu gün Prezident İlham Əliyev xalqa səsləndi. Müraciət etdi orada da şəhidlərimizi andı. Biz Tər-Tərdə, Horadizdə, Ağdamda idik. Gəncəyə hücum olanda oradan ilk yayımları gerçəkləşdirdik. Bizim yanımızda oldu Gəncə hücumu 300-500 metr aralımızda hücum baş verdi. O anlara şahidlik etdik. Gecə yarsı 12:55 idi Gəncə hücumu unudulmaz idi. Heç vaxt bunu unuda bilməyəcəm. Uşaqları, qadınları, qocaları çöküntüdən çıxarılarkən gördüm bunu da ömrüm boyu unuda bilməyəcəm".

Şəhid qardaşı Xaləddin Talıbov: "Qardaşım Sovet ordusunda xidmətini bitirdikdən sonra Qarabağda könüllü savaş getdi. Füzulidə döyüşlərdə oldu. Orada xeyli yerlərin düşməndən azad olunmasında iştirak etdi. 1994-cü ilin yanvarında da şəhid oldu. Allah cəmi şəhidlərə rəhmət etsin. Qalanlara cansağlığı arzu edirəm. Prezidentimiz düz vurğyladı ki, 30 illik həsrət 44 gündə öz həllini tapdı. Bu da cənab Prezidentin mərdliyi, şücaəti, ordumuzun qəhrəmanlığı ilə baş verdi".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə