Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə töhfə verəcək - Ərdoğan

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar".

Türkiyə Prezidenti Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin Zəngəzur koridorunun açılması ilə aşılmış olacağına ümid etdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...