“Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü öz işinə başlayıb FOTO

Bakıda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti, 4-cü qeyri-rəsmi görüşü öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə "Şərq Tərəfdaşlığı"nda iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edirlər.

Görüşün əsas məqsədi Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramında Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belarus iştirak edir. Ermənistan Bakı görüşündə iştirak etmir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə