Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib

Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fici Respublikasının xalqını və hökumətini ölkənin Milli Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Fici Respublikasının xalqını və hökumətini Ficinin Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Milli Gününüz mübarək olsun!" - məlumatda qeyd olunub.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə