İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak edib

İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak edib

Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkmənistanın Avaza turizm zonasında keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak edib.

SİA xəbər verir ki, festivalda İlham Əliyevlə yanaşı, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkat Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.

Dövlət və hökumət başçıları MDB ölkələri xalqlarının milli mətbəxi, adət-ənənələri və mədəni irsi haqqında məlumat əldə ediblər.

Festival zamanı iştirakçılara Azərbaycan, Qırğızıstan, Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan milli yeməklər, ənənəvi geyimlər və musiqi əsərləri təqdim edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə