Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
SİA xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib.
-Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Spiegel”in yalanı təsdiq olundu - TƏHLİL
Siyasət 11:56133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İqtisadiyyat 11:35Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq
İqtisadiyyat 11:25Bitki mənşəli məhsullar dərmanları əvəz edirmi?
Səhiyyə 11:21“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 11:11AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İqtisadiyyat 10:51Skalioz niyə yaranır? -HƏKİM DANIŞDI
Səhiyyə 10:45Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb
İqtisadiyyat 10:02Elnur Məmmədov İspaniyaya səfər edib
Siyasət 09:33Bu rayonlarda işıq olmayacaq
Sosial 04:06Lerikdə iki avtomobil toqquşub
Hadisə 01:03Yağışlı havada piyadalara qarşı bu hərəkəti edən sürücüləri 40 manat cərimə gözləyir
Sosial 7 Oktyabr 23:19Sabah Masallının bu kəndlərində qaz olmayacaq-XƏBƏRDARLIQ
Sosial 7 Oktyabr 23:03Azərbaycan Kubokunda mübarizəyə start verildi - NƏTİCƏLƏR
İdman 7 Oktyabr 22:31Artıq bu məhsullar oyuncaq sayılmayacaq- QƏRAR
Sosial 7 Oktyabr 22:19"Münasibətlərimizi pozmağa çalışan qüvvələr var" - AKP sözçüsü
Siyasət 7 Oktyabr 22:02Renault elektrik avtomobili şüşəli damı ilə təəccübləndirdi…
Texnologiya 7 Oktyabr 21:52Həkim Rusiyada vəba epidemiyasının gözlənilməz versiyasını açıqladı...
Dünya 7 Oktyabr 21:27Maykl Duqlas bu filmin çəkilişi zamanı gizli bir romantika yaşadığını deyib...
Mədəniyyət 7 Oktyabr 21:08Ruslar və çinlilər MTZ və MAZ-a dəvət olunurlar...
İqtisadiyyat 7 Oktyabr 20:49Belaruslulardan ruslara: AB-yə qoşulanda hara gedəcəksiniz?
Dünya 7 Oktyabr 20:26“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri”
Sosial 7 Oktyabr 20:11Çin şirkəti Wildberries və Ozonu “bitirməyə” hazırlaşır..?
İqtisadiyyat 7 Oktyabr 20:08Yeganə alternativ Ukraynanı güclü etməkdir...
Dünya 7 Oktyabr 19:51“Priqojinin tarixi üsyanı təkrarlana bilər...”
Dünya 7 Oktyabr 19:27Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Siyasət 7 Oktyabr 19:16Ömər Rəcəbli dünya üçüncüsü olub
İdman 7 Oktyabr 19:14Çin Rusiyanı Türkmənistandan sıxışdırır...
Dünya 7 Oktyabr 19:05İqtisadçı: Rusiyanın neft iynəsi qırılır...
İqtisadiyyat 7 Oktyabr 18:52Bakı-Qazax yolunda yük maşını aşıb, 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Hadisə 7 Oktyabr 18:32Kaşpirovskinin qazandığı milyardlar haradadır?
Sosial 7 Oktyabr 18:29Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
Siyasət 7 Oktyabr 18:27Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq...
Siyasət 7 Oktyabr 18:17Mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib...
Siyasət 7 Oktyabr 18:13Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...
Dünya 7 Oktyabr 18:09Newsweek Putinin nə qədər yaşaya biləcəyini hesablayıb...
Dünya 7 Oktyabr 17:58“Atəşgah" KASKO üzrə növbəti ödəniş edib
İqtisadiyyat 7 Oktyabr 17:48Azercell“Gamesummit”və“Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Siyasət 7 Oktyabr 17:41Sərhədi keçən Azərbaycan hərbçisi diversant deyil, heç bir müqavimət göstərməyib
Siyasət 7 Oktyabr 17:37Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
Siyasət 7 Oktyabr 17:24Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
Sosial 7 Oktyabr 17:14BOKT-larda kredit faizləri niyə yüksəkdir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 7 Oktyabr 16:31Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu - FOTOLAR
Siyasət 7 Oktyabr 16:29ADY 9 ayda 14 milyon tona yaxın yük daşıyıb
İqtisadiyyat 7 Oktyabr 16:27Sosial şəbəkələr ailə münasibətlərini təhlükə altına salır? - SOSİOLOQ AÇIQLADI
Sosial 7 Oktyabr 16:25Boşanmaq istəyən qadınlar özlərini necə qoruya bilər? - PSİXOLOQ AÇIQLADI
Sosial 7 Oktyabr 16:22“Bu, Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafına töhfə verə bilər” - ŞƏRH
İqtisadiyyat 7 Oktyabr 16:15AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
İdman 7 Oktyabr 16:05Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar
Siyasət 7 Oktyabr 16:03“Təqdim olunan qanun layihəsi aqrar sahədə idarəetməni sistemləşdirəcək” - DEPUTAT DANIŞDI
Siyasət 7 Oktyabr 15:56Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib
Sosial 7 Oktyabr 15:54"Peşə təhsili əmək bazarına çıxış üçün geniş imkanlar yaradır" - EKSPERT
Təhsil 7 Oktyabr 15:50Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%


.jpg)
