Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək. ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da möhkəmləndiyini və BARBAROS sisteminin tədarükünün bu münasibətlərə strateji töhfə verəcəyini vurğulayıb.
İkinci ROKETSAN-ın qabaqcıl raket, reaktiv və sursat sistemləri ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib. O əlavə edib: "Öz üstün xüsusiyyətləri sayəsində BARBAROS Azərbaycan sahil xəttinin yeni strateji müdafiəçisi rolunu oynayacaq".
BARBAROS sahil müdafiə konsepsiyasına uyğun olan və mobil batareyaya inteqrasiya edilmiş ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləmək qabiliyyətinə malik sistem kimi hazırlanıb. Sistem batareyanın tərkibindəki buraxılış qurğusu və komanda-idarəetmə maşını vasitəsilə tapşırıqları planlaşdırmaq imkanına malikdir. Həmçinin mərkəzləşdirilmiş döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB