"WUF13-də 50 mindən çox iştirakçı və 400-dən artıq tədbir keçirilib" - ANAR QULİYEV
Bakıda keçirilən WUF13 (13-cü Ümumdünya Şəhərsalma Forumu) Azərbaycanın dayanıqlı inkişaf və inklüziv şəhərsalma istiqamətində ardıcıl siyasətinin mühüm mərhələsi kimi qiymətləndirilib.
SİA xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev forumun yekun mətbuat konfransında deyib.
O bildirib ki, forum Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi ilə siyasətini uyğunlaşdırmaq istiqamətində səylərinin davamıdır və beynəlxalq ictimaiyyət tərəfindən yüksək etimadın göstəricisidir.
Anar Quliyev qeyd edib ki, WUF13 geniş miqyasına görə fərqlənib: 50 mindən çox iştirakçı fiziki, 3 500 nəfər isə onlayn formatda qatılıb, 400-dən çox tədbir təşkil olunub və 125 ölkədən 400-ə yaxın spiker çıxış edib.
O vurğulayıb ki, forum çərçivəsində ilk dəfə Prezident İlham Əliyevnin təşəbbüsü ilə Liderlər Bəyanatı sessiyası keçirilib və 27 dövlət və hökumət başçısı iştirak edib.
Komitə sədri bildirib ki, Azərbaycanın sədrliyi ilə keçirilən nazirlik görüşü və tematik panellər şəhərsalma, iqlim dayanıqlılığı, sosial inklüzivlik və mənzil təminatı kimi mövzulara həsr olunub.
O qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 300-dən çox kəndin yenidən qurulması həyata keçirilir, 110-dan çox yaşayış məntəqəsinin baş planı təsdiqlənib.
Anar Quliyev əlavə edib ki, forum çərçivəsində “Bakı Urban Mükafatı” təşəbbüsü irəli sürülüb və “Bakı standartları” gələcək şəhərsalma prosesləri üçün metodoloji baza rolunu oynayacaq.
Onun sözlərinə görə, WUF13 inklüzivlik prinsipi üzərində qurulub və prosesə vətəndaş cəmiyyəti, özəl sektor və QHT-lərin fəal iştirakı təmin olunub.
O vurğulayıb ki, forum şəhər transformasiyasının yalnız dövlətlərin deyil, bütün maraqlı tərəflərin birgə əməkdaşlığı ilə daha effektiv həyata keçirilə biləcəyini bir daha nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB