"Azərbaycan Prezidentinin görüşdə iştirak etməməsi normaldır" - POLİTOLOQ DANIŞDI
"Prezident Administrasiyasının verdiyi açıqlamada aydın şəkildə qeyd olunur ki, cənab Prezidentin Sankt-Peterburqda keçirilən MDB liderlərinin qeyri-rəsmi görüşünə və Avrasiya İttifaqı zirvəsinə qatılmamasının səbəbləri var". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Politoloq sözlərinə belə davam edib: "Birincisi, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil. Buna görə də Azərbaycan Prezidentinin bu toplantıya qatılmamasında qeyri-adi heç nə yoxdur.
İkincisi, MDB liderlərinin qeyri-rəsmi görüşünə gəldikdə, adından da göründüyü kimi, bu qeyri-rəsmi bir görüşdür. Belə görüşlərə qatılıb-qatılmamaq hər bir dövlət başçısının seçimidir. Cənab Prezidentin iş qrafiki sıx olduğu üçün bu qeyri-rəsmi görüşə qatılmamağı məqsədəuyğun hesab edib.
Zirvələrə, xüsusilə qeyri-rəsmi tədbirlərə qatılmaq liderlərin milli maraqlarına, dövlət siyasətinin prioritetlərinə və konkret situasiyalara uyğun qərar verdikləri bir seçimdir. Bu səbəbdən cənab Prezidentin bu görüşdə iştirak etməməsi tamamilə normaldır və burada qeyri-adi heç nə yoxdur. MDB Katibliyi və Rusiya Prezidentinin Mətbuat Xidməti tərəfindən də Azərbaycan əleyhinə hər hansı sərt açıqlama verilməyib. Lakin Rusiyadakı bəzi şovinist ekspertlərin bu məsələyə qeyri-adekvat yanaşmaları müşahidə olunub. Qeyd etmək lazımdır ki, Rusiyada ekspertlər müstəqil şəkildə açıqlama vermirlər. Bu cür çıxışların arxasında adətən müəyyən göstərişlər dayanır. Ancaq bu səsləndirilən fikirlərin heç bir əhəmiyyəti və rasionallığı yoxdur. Bu, sadəcə Azərbaycanın müstəqil, inkişaf etmiş və regional gücə çevrilmiş xarici siyasətinə qarşı isterik reaksiyalardır. Bu dairələr keçmiş imperiyanın həsrətini çəkən qüvvələrdir və Azərbaycanın müstəqil qərar verməsini qəbul edə bilmirlər.
Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Bu gün ölkə verdiyi qərarlarla öz yolunda inamla irəliləyir. MDB çərçivəsində də Azərbaycan hər zaman fəal iştirak edib, təşkilatın inkişafına töhfə verib. Bu gün də eyni prinsipial siyasət davam etdirilir. MDB-dəki fəaliyyət dövlət siyasətinin prioritetlərinə uyğun şəkildə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB