Paşinyan ya kilsəni "bitirəcək”, ya da özü bitəcək...

Mətləb Salahov: “II Qaragin “xüsusi çəkili agent” kimi Paşinyana qarşı oyuna atılıb”

"Ermənistanda hazırkı hakimiyyət üçün siyasi revanşistlərdən qat-qat təhlükəli sayılan erməni Qriqoryan kilsəsi artıq bitiş dövrünə daxil olur. Hakimiyyətə gəldiyi ilk gündən kilsədəkilərlə kəskin münaqişələr yaşayan N.Paşinyan, bu gün önündəki əsas maneəni tamamilə "təmizləməkdə" israrlıdır."
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, uzun onilliklərdir ki, erməni kilsəsini öz maraqları üçün "qalxana" çevirmiş Katolikos II Qaragin hazırda erməni siyasəti üçün mərkəzi rol halına gəlib: "Diqqət edin, daima Serj Sarkisyan və Robert Koçaryan hakimiyyəti ilə mehriban davranan Qaragin, hazırda aktiv siyasətə qoşularaq N.Paşinyan üçün əsl başağrısına çevrilib. II Qaragin artıq təkcə erməni revanşistləri üçün deyil, habelə xaricdəki daşnakstyun təşkilatı və bölgədə mühüm maraqları olan dövlətlər üçün də əsas siyasi fiqur halına gəlib. Daima Ermənistanda siyasi proseslərə bu və digər şəkildə diktə edən kilsənin, hazırkı hakimiyyəti “sındırmaq” üçün hərəkətə keçməsi o deməkdir ki, Ermənistanda siyasi partlayış çox yaxındadır.
Çünki kilsənin hegemonluğuna birdəfəlik son qoyacağı təqdirdə N.Paşinyanın uzun illər Ermənistanda hakimiyyətdə qalmaq şansı yaranacaq. Bu, həm də onun düşmənləri üzərində psixoloji və ictimai qələbəsi demək olacaq. Amma bunun tam əksi baş verərsə, şəxsən Katolikos II Qaragini məğlub edə bilməyəcəyi təqdirdə, N.Paşinyanın hakimiyyəti üçün böyük təhlükə yaranacaq. N.Paşinyanın daha çox Rusiyadan idarə olunduğu deyilən II Qaraginin “qələmini sındırmaq” üçün Moskvadan razılıq alıb-almadığı qarşıdakı müddətdə aydın şəkildə ortaya çıxacaq.”

Bütün xəbərlər Facebook səhifəmizdə