"Ağdamın gələcəkdə Azərbaycanın paytaxtı olması nəzərə tutulur" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri oldu. Bu səfərdə digər səfərlər kimi çox böyük məna daşıyır. Çünki Azərbaycan Prezidenti torpaqlarımız işğaldan azad olunduqdan sonra tez-tez Qarabağ bölgəsinə səfərlər edir. Hər yeni obyektlərin açılışında və təməl qoymasında iştirak edir. Həmçinin köçkün ailələrlə görüşüb onların sevincli və gözəl üzlərinə şahid olur, duyğulanır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Onun sözləri, elə bu dəfə də Ağdam Muğam Mərkəzinin açılışında muğam oxuyan uşaqların səsi onu duyğulandırdı: "Bu hamıya doğurdanda çox böyük təsir elədi. Bu Prezidenti və xanımı xalqı, yəni hər bir azərbaycanlı ilə birlikdədir. Çünki onu hər bir azərbaycanlı seçib. Prezident hər bir azərbaycanlının ona qarşı olan məhəbbətini və sevgisini duyur, bilir. Buna görə də Azərbaycan Prezidenti gecə-gündüz torpaqlarımızın yenidən bərpa olunması, qaçqınlarımızın öz doğma ata-baba yurdlarına qayıtması üçün əlindən gələni edir.

Azərbaycan Prezidenti Qarabağ bölgəsini Azərbaycanın ən gözəl və ən müasir formada tikintisinə nail olur. Ağıllı kəndlər, ağıllı şəhərlər salır".

Siyasi şərhçi qeyd edir ki, Ağdam şəhəri isə doğurdanda Qarabağın ən gözəl guşələrindən biri olacaq: "Həm tikinti arxitekturasına görə, həm də relyefinə görə gözəl guşələrindən biri olacaq. Hətta belə fikirlər səslənir ki, Ağdam gələcəkdə Azərbaycanın paytaxtı olsun. Yəni Bakı sıxlığını nəzərə alaraq Ağdamın paytaxt olması nəzərə tutulur. Çünki Ağdam yeni, müasir arxitektura ilə birlikdə tikilir. Buna da Azərbaycan Prezidenti xüsusi diqqət ayırır.

Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu cür xalqa, torpağına sevgi münasibəti digər dövlətlər üçündə bir örnəkdir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər, torpağı 30 ildən sonra işğaldan azad edərək yeni yaradıcılıq və quruculuq işləri aparmasıda digər başqa ölkələrədə bir nümunədir. Ona görə də hesab edirəm ki, xalq tərəfindən sevilən Azərbaycan Prezidenti xalqının milli maraqları üçün gecə-gündüz çalışır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə