“İşğal olunmuş ərazilər dövlətin strateji planlarının tərkib hissəsidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan 30 il Azərbaycan ərazisini işğal altında saxladığı bir müddət də həmin ərazidə daşı-daş üstündə qoymamışdı. Azərbaycanın bütün tarixi abidələrini, yaşayış evlərini, o cümlədən, iqtisadi infrastrukturu darmadağın etmişdir. Ağdam rayonu tamamilə yer üzərindən silinmişdir. İşğaldan azad olunan bölgələr dövlətin diqqət mərkəzindədir. Xüsusilə Prezident İlham Əliyev bu bölgədə aparılan işləri öz nəzarətində saxlayır, çünki işğal olunmuş ərazilər dövlətin strateji planlarının tərkib hissəsidir. Bu bölgədə yüz minlərlə soydaşlarımız qaçqın olmuşdur, bu insanların sosial vəziyyətini yaxşılaşdırmaq və işğal olunmuş ərazilərə öz dədə-baba yurdlarına qayıtması üçün mütləq şəkildə bölgələr yenidən qurulmalıdır. Ümumilikdə Qarabağ bölgəsi, xüsusilə də işğal ərazisində olan rayonlar müasir standartlara cavab verən yaşayış binaları, eyni zamanda yeni iş yerlərinin açılması dövlətin əsas prioritet məsələlərindəndir. Zamanla qaçqınların geri qaytarılması həyata keçirilir”. Bu sözləri siyasi şərhçi Azad Məsiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu bölgələrin birdən-birə şəraitini düzəltmək qeyri-mümkündür: “Həmin bölgələrə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Azərbaycan öz daxili imkanları hesabına bu bölgələri abadlaşdırır. Xüsusilə işğal dövründə Ağdam rayonun əhalisinin çox, həmçinin respublika səviyyəsində iqtisadi inkişafı var idi. Əhalinin geri qayıtması üçün geniş proyektlər həyata keçirilməli, yeni iş yerləri açılmalıdır. Eyni zamanda xarabalığa qoyulan əraziləri beynəlxalq ictimaiyyətə təqdim etməklə erməni faşizminin iç üzü açıldı.

Bu bölgəni yenidən abadlaşdırıb, beynəlxalq standartlara cavab verəcək bölgəyə çevirmək xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda işğal olunmuş ərazilərdə turizm mərkəzləri yaratmaq dövlət proyektləridir. Xüsusilə, Ağdam rayonu dünyanın bir çox dövlətlərinə təqdim olunub ki, Azərbaycan öz daxili imkanları hesabına dağıdılmış rayonu abadlaşdırır. Bütün bölgələr, xüsusilə də Ağdam rayonu dövlətin diqqət mərkəzindədir. Prezidentin bu bölgəyə səfərləri onu göstərir ki, bölgə diqqət mərkəzindədir. Orada aparılan hər bir tikintini öz nəzarətində saxlayır ki, işlər vaxtında həyata keçirilsin, standartlara cavab verilsin, problem yaranmasın. Hesab edirəm ki, Ağdam rayonu digər işğaldan azad olunmuş rayonlar kimi müasir standartlara cavab verən rayon olacaq və soydaşlarımızda geri qayıdıb həmin bölgədə rahat yaşayacaq. Prezidentin strateji planlarından biri də bu bölgəni qısa müddətdə müasir standartlara cavab verəcək rayona çevirmək olacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə