"Qərara gəliblər ki, iki ölkə arasında münasibətlər bərpa edilməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüşü hələ baş tutmayıb. Onların telefon danışığı olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, bir saat 30 dəqiqə ərzində onlar dünya gündəliyinə nəzər salıblar və qərara gəliblər ki, iki ölkə arasında münasibətlər bərpa edilməlidir: "Digər tərəfdən də səlahiyyətli təmsilçilər Əl-Riyadda görüşməlidir. Birinci görüş baş tutdu. Həmin görüş əsnasında həm də iki liderin görüşü məsələsinə də münasibət bildirilib. Qərara gəlinib ki, iki lider görüşməlidir və onların kifayət qədər geniş məsələləri var ki, onlar həm qarşılıqlı maraq kəsb edir və digər tərəfdən də böhranlı vəziyyətlərlə əlaqəli məsləhətləşmələri olmalıdır. Odur ki, hələ prosesləri süni surətdə tezləşdirmək olmaz. Çünki prezidentlərin görüşü nəzərdə tutulursa, bununla bağlı çox geniş halda hazırlıq işləri aparılmalıdır.
Birincisi, komandalar formalaşmalıdır. İlk növbədə iki lider üz-üzə görüşür. Digər tərəfdən geniş heyətlə görüşü baş tutur. Adətən diplomatik qaydalara görə, belə bir format tətbiq edilir. Ona görə də onların görüşü ilə bağlı çox məsələlər iki komandanın çərçivəsində öz həllini tapmalıdır. Çünki razılaşmalar gedir, digər tərəfdən formatlar müəyyən edilir, gündəlik formalaşır. Həmin bu məsələlər bir gündə, bir ayda həll olunmur. Bəlkə, bir neçə aya həll olunacaq. Çünki bunlar tərəflərin məramından asılıdır. Odur ki, bu məsələləri tələsdirmək olmaz.
Ər-Riyadda keçən görüşlərdə biz gördük ki, Rusiya tərəfindən burada XİN Sergey Lavrovla, V.Putinin müşaviri iştirak etdilər. ABŞ tərəfdən dövlət katibi, Təhlükəsizlik məsələri üzrə müşavir Vols, Vitkrf və Rubio iştirak etdilər. Bu, ondan xəbər verir ki, tərəflərin özlərinin yanaşmaları ondan ibarətdir ki, işgüzar münasibətləri gücləndirsinlər. Çünki ABŞ, Avropa İttifaqı tərəfindən Rusiyaya dair çoxsaylı sanksiya paketləri tətbiq olunub. Onlar, əlbəttə ki, tək Rusiyanın problemini artırmır, həm də ABŞ-ın özünün də böyük itkiləri baş verib. Altmış milyarddan artıq, (hətta bəzi mənbələrdə üç yüz milyarda qədər) itkilərə məruz qalıb. Sanksiyaları tətbiq etmək asan bir şeydir, ancaq onların neqativ təsirləri var. Onlarla bağlı komandalarda konyunktura formalaşır, yeni baxışlar meydana gəlir. Bundan sonra necə olacaq işlər? Prosesləri necə təmin edəcəklər? Təzminat verəcəklər və verməyəcəklərmi? Məsələn, Rusiyanı “Swift Bank” servisindən xaric ediblər. Əlbəttə, bu Rusiya üçün böyük itki anlamına gəlir. Ona görə də bu proseslərin hamısını yenidən həm formalaşdırmaq, həm də tənzimləmək lazımdır. Əsas məsələ bundan ibarətdir ki, iki prezidentin qayəsi Ukrayna böhranının aradan qaldırılması, Yaxın Şərq, Tayvan adası, İranın nüvə proqramı və s. bu məsələlər ilə bağlı Rusiya-ABŞ ilə danışıqlara başlayacaqlar ki, onların çözülməsinə şərait yaratsınlar. Belə düşünürəm ki, Donlad Tramp özlüyündə bir az tələsməlidir. Çünki onun üç il vaxtı var. Dördüncü il seçki kompaniyası başlayacaq. Üç il ərzində Tramp nə edə biləcəksə, gərək etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə