“Cənab Prezident və birinci xanım Mehriban Əliyeva bu gün Ağdama növbəti səfərlərini etdilər. Bu işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağımıza Prezidentimizin dəfələrlə etdiyi əhəmiyyətli və tarixi səfərlərdən biridir. Prezidentimizin və Mehriban xanımın regionlarımıza hər bir səfəri, xüsusilə 30 il işğal altında qalan, tamamilə düşmən tərəfindən darmadağın edilən torpaqlarımıza və rayonlarımıza etdiyi səfərlər ikiqat əhəmiyyət daşıyır. Bizim hər birimiz üçün bu böyük qürur qaynağıdır. Biz vətənimizə, doğma torpaqlarımıza qayıtmışıq”. Bu sözləri Əmək və Sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədə qazandığımız zəfərdən dərhal sonra çox qısa müddətdə Qarabağda cənab Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirilən iqtisadi, infrastruktur layihələri, insanlarımızın öz doğma yurdlarına qayıdışı proqramları Azərbaycanın çox böyük gücündən, əzəmətindən xəbər verir: “Bununla biz qürur duyuruq və cənab Prezident İlham Əliyevə sonsuz minnətdarıq. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda birinci yaşayış kompleksinin açılışında, təməl atmasında iştirak etdilər. Eyni zamanda yeni "Hilton" oteli ilə bağlı açılışda iştirak etdilər. Bunlar bütün dünyaya növbəti qələbə nişanəsi olaraq sərgilədiyimiz əhəmiyyətli tədbirlərdir. Biz torpaqlarımızı işğaldan azad etdik və orada yenidənqurma işləri görürük. Həmçinin həmin əraziləri yüksək standartlarla yenidən qururuq. Biz əvvəlkindən daha keyfiyyətli və dünya standartları səviyyəsində bu torpaqlarımızda quruculuq işləri ilə məşğuluq. Airportlar, otellər, iş yerləri açırıq, məktəblər, xəstəxanalar tikirik”.
Deputat həmçinin bildirib ki, bütün bunlar qısa çox müddətdə, müharibədən keçən 4 il ərzində baş verir: “4 il ərzində biz yenidən vətən qururuq. Əzəli vətənimizi əbədi olaraq Azərbaycanın edirik. Bu çox böyük nailiyyətdir. Bugünki səfərin qüruru ilə bir daha bütün xalqımızı, ölkəmizi təbrik edirik və cənab Prezidentə minnətdarlığımızı bildiririk. Yaxşı ki varsız cənab Prezident! Nə yaxşı ki, biz sizin kimi bir şəxsin rəhbər olduğu ölkənin vətəndaşlarıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə