Onsuz da ermənilər, erməni cəmiyyəti çoxdandır rusların hədəfinə gəlmək qorxusu altında yaşayırlar, sözsüz ki, buna yaşamaq demək olarsa. Yəni, bu qədər qorxunun, həyəcanın altında yaşayışın nə olduğunu ermənilər daha yaxşı bildikləri üçün buna yaşamaq belə demək olmadığını da haylar gözəl anlamış olarlar. Çünki onlar bilirlər ki, ölkələri Rusiyanın onsuz da qəzəbinə çoxdan tuş gəlib və haylar indi rusların istənilən anda ayaqları altında qala bilərlər. Bax elə bu qorxudur ki, rəsmi Moskvanın məhz Ermənistanla bağlı istənilən mövqeyi elə qorxu hissi fonunda, onsuz da ermənilər üçün hədə, hətta son xəbərdalıq kimi görünür.
Rüsvay olduqlarını da, diz çökmək və kömək diləmək məcburiyyətində qaldıqlarını da haylar başa düşür və qəbul edirlər
Bir çox erməni ekspertləri və siyasətçiləri indi “baş sındırmaq”, hansısa fikri ortaya atmaq üçün bir növ, yarışa giriblər. Bəziləri hətta sualla müraciət edirlər və fikir belə bildirməkdə acizlik nümayiş etdirirlər. “Sonra nə olacaq?”, deyə sual edən erməni əsilli politoloqlar bununla qeyri-ixtiyari şəkildə göstərmiş olurlar ki, vəziyyətin onlar üçün müəmmalı olduğunu qəbul edirlər və hələ də “qaranlıq vəziyyət” olduğu qənaətindədirlər. “Diz çökək və rüsvay olmuş kimi Moskvadan kömək diləyək?”, deyə sual edən siyasətçilər də var. Əslində, onlar guya bunu qəbuledilməz kimi göstərməyə çalışırlar, amma reallıq budur ki, elə rüsvay olduqlarını da, diz çökmək və kömək diləmək məcburiyyətində qaldıqlarını da şüuraltı da olsa başa düşür və qəbul edirlər. Çünki artıq rusların dediklərinin hətta son xəbərdarlıq belə olacağı qənaətindədirlər.
Bir toplumun, yəni, hay tayfası kimi tanınan bir toplumun rüsvay durumda olmasını təsdiq edən məqamlar kifayət qədərdir. Bunu özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, özlərini bütün dünyaya dırnaqarası da olsa, “məğlubedilməz” kimi sırımaq istəyənlərin son “durumlarının” necə olduğunu bütün dünya 44 günlük müharibə dönəmində də, 23 saatlıq anti-terror tədbirlərində də çox aydın şəkildə artıq müşahidə edib. Həmin o dırnaqarası “məğlubedilməz” erməni əsgərinin öz silahını belə qoyub necə qaçdığı barədə bütün dünyanın müfəssəl məlumata malik olduğunu etiraf etməkdən başqa çarələrinin olmadığını başa düşənlər ən azından rüsvay durumda olduqlarını başa düşməli olurlar. Bunun ardınca da özünü müdafiə edəcək hərbisinin müharibə dönəmində yox dərəcəyə düşməsi, ənənələrinə uyğun olaraq yardım diləmələri, daha doğrusu, dilənmələri fonunda da acizlikləri bəllidir və bunu etiraf etməkdən başqa sözsüz ki, yol qalmır. Bəs bütün bu rüsvayçı durumun fonunda daha nəyə əl atmaq yolu qalır? İndi hayların diz çökərək yalvarmaqdan başqa hansısa yolu qalırmı? Əlbəttə ki, qalmır və elə buna görə də, diz çökmək və rüsvay olmuş kimi kömək diləmək yolu qalır və əslində, sual olunmur, təsdiq olunur...
Səbəb qorxu kompleksi olsa da, rusların ifadələrini hayların hədə kimi, son xəbərdarlıq kimi qəbul etmələrinə dəyər
Haylar indi də hər tərəfə hay salıblar ki, bəs Rusiya yenidən Ermənistana qarşı təhdid və şantaj dilinə keçib. Bəzi erməni əsilli siyasətçilər hətta bildirirlər ki, bu artıq Rusiya tərəfindən son xəbərdarlıqdır. Maraqlıdır, əvvəla gözləntiləri nə olmalı idi? Rusiya hələ də Ermənistanı “çiynində” gəzdirməli və bütün nankorluqlarına “sədaqətlə” cavab verməlidir? Bu qədər müddət ərzində hayların da, onların dövlət adında qondarma qurumlarının da mövcudluğunu saxlayan ruslar bundan sonra da, yəni, erməni xəyanətkarlığından sonra da davamlı şəkildə bunu etməlidir? Əlbəttə ki, bu davamlı ola bilməz və hansısa həddə qədər ruslar da ermənilərə, onların satqınlıqlarına dözə bilərlər və haylar özləri yaxşı bilirlər ki, həmin hədd də artıq qalmayıb və səbr kəsası da dolub. Bilirlər ki, istənilən anda Rusiya öz rıçaqlarını işə salaraq bütövlükdə Ermənistanı iflic və rəzil duruma sala bilər. Bunu yaxşı başa düşənlər də indi yuxularını qarışdırmaqdadırlar. Çünki başa düşürlər ki, Rusiya rəsmiləri tərəfindən deyilənlər artıq son xəbərdalıq ola bilər.
İndi erməni əsilli hay ekspertlər və siyasətçilər iddia edirlər ki, qısa sükutdan sonra Rusiya yenidən Ermənistana qarşı təhdid və şantaj dilinə keçib. Bəziləri bunun son təhdid, yəni, son xəbərdarlıq olduğuna belə əminlik ifadə edirlər. Onlar bildirirlər ki, bu dəfə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin simasında onlara ciddi təhdidlər səsləndirilir. Çox maraqlı bir sual ortaya çıxır ki, bəs bir qədər öncə Medvedevin bütün səlahiyyətlərinin əlindən alındığını böyük həvəslə deyən həmin o siyasətçilərin kürkünə niyə birə düşüb? Haylardan soruşula və sual oluna bilər ki, Medvedyevi səlahiyyətsiz sayanlar indi niyə onun hədələrinə məhəl qoyurlar? Bu məntiqi sual dərhal ortaya bir həqitəti, bir reallığı çıxarır və bəlli olur ki, özlərini belə aldatmaqda mahir olanlar indi öz kölgələrindən belə qorxmağa başlayıblar. Səbəb də qorxu kompleksidir və Ermənistanla bağlı Kremlin ünvanladığı istənilən fikir belə bu qorxu kompleksinin fonunda hədə kimi, son xəbərdarlıq kimi görünür, amma etiraf etmək də lazımdır ki, həqiqətən də qorxmalarına və İrəvana ünvanlananların hədə olduğunu qəbul etməyə dəyər.
Deyilənlərin hədə və son xəbərdarlıq olduğu qənaətində olanları başa düşmək çətin deyil
Sözsüz ki, hayların nəyinki təsəvvürləri, hətta iddia etdikləri də həmişə olduğu kimi, yanlışdır və xüsusən də Medvedevin Rusiyanın keçmiş prezidenti olmasını bu zamana qədər hesaba almamaları da növbəti yanlışlıqlarıdır. Sanki ermənilər başa düşə bilmirlər və ya başa düşmək istəmirlər ki, Medvedyev Rusiyanın hakimiyyət iyerarxiyasında Putinə ən yaxın adamlardan biri olaraq tanınır və onun hansısa tonda dediklərini nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, onun dedikləri məhz rəsmi Moskvanın çatdırmaq istədiləridir və ciddi mesajlardır. Bəlkə də həqiqətən son xəbərdarlıqdır.
Diqqətə çatdıraq ki, Medvedev RİA Novosti ilə söhbətində, öz müsahibəsində “Ermənistanın baş naziri Nikol Paşinyanın məhz Azərbaycan Prezidentinin sərt bəyanatlarından sonra ölkənin KTMT-yə üzvlüyünü xatırlaması” erməni cəmiyyətinin diqqətindən yayınmayıb. Hətta haqlı olaraq qorxuya düşənlər də, bunu hədə hesab edənlər də kifayət qədərdir. Ümumiyyətlə, Medvedyevin dediklərindən sonra erməni cəmiyyətinin qorxu kömpleksi və narahatlığı müşahidə edilməkdədir. Bu qorxu kompleksi də, narahatlıqlar da əlbəttə ki, tamamilə yerinə düşür. Çünki haylar bilirlər ki, rəsmi Moskva nə zamansa Ermənistanla bağlı bir “ölçü götürməli” olacaq və artıq deyilənlərin hədə və son xəbərdarlıq olduğu qənaətində olanları başa düşmək çətin deyil.
İroniyaların və sarkazmların fonunda işlədilən ifadələri təhdid, son xəbərdalıq hesab etmək qorxu kompleksinin olduğu qənaətinə əsas verir
“Saqqalını qırxdıran Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm. Yaxud, Ermənistan liderlərinin Avropa İttifaqı ilə “nişanlanmaq” niyyəti fonunda başqa variant da var. Avropa Birliyi ilə birbaşa əlaqə saxlaya bilərsiniz, onlar “cənnətə namizəd” olanlara pul və silahla kömək etməyi xoşlayırlar. Avropa İttifaqının belə köməliklərinin və niyyətlərinin arxasında mükəmməl Ukrayna təcrübəsi var", deyən Medvedev öz fikirlərini sətiraltı olaraq çatdırıb. Bunu, başda elə erməni baş nazir Nikol Paşinyanın özü olmaqla, bir çox erməni siyasətçilər və ekspertlər də yaxşı başa düşüblər. Başa düşüblər ki, Medvedyev əvvəlcə erməni baş nazirinin saqqalını qırxmasını lağa qoyub. Dərk edirlər ki, bununla, yəni, saqqal qırxmaqla nəyinsə öhdəsindən gəlməyin mümkünsüz olduğunu və “yeni tərz” seçdiyini heç qəbul da etmədiyini diqqətə çatdırıb. Hayların “başbilən” ekspertləri anlayırlar ki, “cənnətə namizəd” ifadəsi ilə Medvedyev bütövlükdə Ermənistana xüsusi ironiya ilə yanaşdığını açıq şəkildə biruzə verib. Hətta Avropa İttifaqının belə köməliklərinin və niyyətlərinin arxasında mükəmməl Ukrayna təcrübəsi deyən Medvedyevin nəyə eyham vurduğunu da yaxşı başa düşürlər. Məhz elə bunu son xəbərdarlıq hesab etmələri də bu fonda anlaşılandır.
Medvedevin sözlərinin nəinki “gizlədilmiş” təhdid, həm də Paşinyanın ölkənin KTMT-də iştirakını dayandırması ilə bağlı narazılıq ifadəsi olduğu qənaətində olan ermənilər məhz elə bu səbəbdən qorxu içərisindədirlər. Ötən ilin sentyabrında Medvedyevin, hətta həmin təşkilatı Ermənistanın təhlükəsizliyinə təhdid adlandırması, onunla bağlı münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçdiyini, geridə qaldığını bəyan etməsini xatırlayan hay ekspertlər və siyasətçilər bütün bunlara təhdid kimi baxırlar. Bunun təhdid olmadığı barədə nə isə demək, əksini belə fərz etmək kimi bir niyyətimiz yoxdur, amma Medvedyevin dediklərini ermənilərin artıq təhdid hesab etdiyini diqqətə çatdırmaq niyyətindəyik. Hər halda nəyin təhdid olduğunu, niyə son xəbərdarlıq olduğunu buna şərait yaradanlar daha yaxşı başa düşərlər. İstənilən halda, ironiyaların və sarkazmların fonunda işlədilən ifadələri təhdid, son xəbərdalıq hesab etmək məhz qorxu kompleksinin olduğu qənaətinə əsas verir.
Qorxaqları qorxutmağa ehtiyac yoxdur, çünki qorxaq və günahkar olduqları üçün deyilənləri ancaq təhdid hesab edirlər
Medvedyevin hədələrindən qorxan haylar Ermənistanın müharibə astanasında olması qənaətindədirlər. Onlar elə hesab edirlər ki, ölkələrinin yeni müharibənin astanasında olması özlərinə və sanki üzlərinə açıq şəkildə deyilir və hətta xatırladılır ki, haylar sadəcə olaraq, müharibə başlayacağı təqdirdə kömək üçün Moskvaya və KTMT-yə müraciət etməyə məcbur qala bilərlər. Bununla belə, ortaya çıxan fikirlərinin fonunda yenə də erməni xisləti özünü göstərir. Beləki, erməni ekspertlər qeyd edirlər ki, ümumiyyətlə, bu köməyi görəcəklərinə ciddi şübhələri var. Hətta öz ölkələrinin hakimiyyətinə “tövsiyyə” də verirlər ki, guya onların bunu nəzərə alacaqlarına da ümid edirlər.
Qərb “tərəfdaşlarından”, ilk növbədə Fransa və ABŞ-dan təhlükəsizlik zəmanəti almalı olan Ermənistanın hələ də belə bir zəmanəti almaması da diqqətdən yayınmır. “Əgər belə bir zəmanət yoxsa, onda nə olacaq?”, deyə soruşan haylar da, “Paşinyan və onun komandası bəs ölkəni necə müdafiə edəcək?”, deyə sual edən ekspert və siyasətçilər də əslində, bununla etiraf edirlər ki, Azərbaycana nəinki uzun müddət, heç qısa müddət belə müqavimət göstərə bilməyəcəklər. Elə bunun fonunda da rusiyalı rəsmilərin dediklərini Rusiyanın Ermənistana təhdidi, son xəbərdarlığı kimi qəbul edilər və köməkliyin olmayacağı fonunda belə bunu təhdid hesab etmələrində bir uyğunluq axtarmağa dəyər.
Sual oluna bilər ki, əgər Azərbaycanın qarşısında dayana bilməyəcəklərini başa düşürlərsə, Rusiyanın da köməkliyinə ümid etmirlərsə, hansı üzlə, hansı “cəsarətlə” və hansı “ağılla” təxribata əl atırlar və bunu cəsarət, ağıl adlandırmaq olarmı? Əlbəttə ki, olmaz. Medvedevin sözlərini də Ermənistanın Aİ ilə əlaqələrini fəal şəkildə inkişaf etdirməsindən qaynaqlanan qısqanclıq hesab etmək özü də ağılsızlıq nümunəsi olmaqla yanaşı, həm də qorxu kompleksinin təzahürüdür. Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləməsi fonunda belə bir qorxu da, deyilənləri təhdid hesab etmək də məntiqidir. Doğrudur, hansısa sənədə, yaxud kağız parçasına imza atmaq, onu təsdiqləmək hələ Ermənistanın dərhal Avropa İttifaqına üzvlüyü demək deyil və Paşinyanın özünün də qeyd etdiyi kimi, bu məsələ ilə bağlı qərarın yalnız referendum yolu ilə verilə biləcəyi reallığı fonunda haylar hələ xam xəyallara düşdüklərini özləri lap yaxşı bilirlər. Elə buna görə də məhz həmin o xam xəyalların girdabında qaldıqları üçün təhdid qorxusu ilə yaşayırlar. Bəlkə də haylar Avropanı məhz Medvedyevin dediyi kimi “cənnət” hesab etmirlər, sadəcə, belə bir görüntü yaradırlar, amma Rusiyanın hədəsindən sığınmaq üçün üz tutduqları bəllidir. Utanmazcasına da bəyan edirlər ki, Avropa məhz Rusiyadan yaxşıdır. Yal müqabilində “hər şeyi” satanlar açıq şəkildə bildirirlər ki, bəli, avropalılar tərəfdaşlarına həm pulla, həm də silahla kömək edirlər. Haylar həyasızcasına deyirlər ki, guya onlar ruslardan ancaq təhdid və şantaj görüblər və yenə də görməkdədirlər. Bu vaxta qədər rusların kölgəsinə sığınaraq mövcudlarını qoruyanlar Moskvanın onları Ukrayna ssenarisi ilə qorxutmasına ehtiyac duymadıqlarını bildirirlər. Hardasa haqlıdırlar, çünki qorxaqları qorxutmağa ehtiyac qalmır. Çünki onlar qorxaq olduqları və günahkar olduqları üçün onsuz da qorxu içərisindədirlər və deyilənləri də anca təhdid hesab edirlər...
Bütün xəbərlər Facebook səhifəmizdə