"2025-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri və xərcləri artırılır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min manat, xərcləri 41 milyard 367 min 600 manat müəyyən edilib: “2025-ci ilin büdcəsi dövlətin siyasi, iqtisadi hərbi gücünü nümayiş etdirməklə qarşıya qoyulan prioritetlərin həlli üçün maliyyə imkanları yaradır. Büdcə siyasəti də vahidlik prinsipinə əsaslanır. Ölkəmizdə vahid dövlət siyasəti bundan sonra da davam edəcək. Növbəti ilin büdcə zərfi mühüm dövlət maraqlarımıza xidmət edir. Növbəti ildə də Prezidentimiz tərəfindən etibarlı maliyyə təminatı yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə