Qarabağda minalanmış sahələrdə radiasiya təhlükəsizliyi yoxlanılır - Cəlal Nağıyev
“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”. Bunu açıqlamasında Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.
O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.
Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daha ətraflı videomüsahibədə:
Bütün xəbərlər Facebook səhifəmizdə