I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.

R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə