“Azərbaycan xalqı və dövləti öz torpaqlarına sahib çıxır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Köç prosesi get-gedə öz tempini yüksəldir və bu özünü hər cəhətdən göstərir. Köç prosesinə əhalinin marağı da diqqəti cəlb edir. Görülən işlərlə bərabər, əhali də işğaldan azad edilmiş ərazilərə qayıtmağa can atır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin görülən yenidənqurma və bərpa işlərinə rəhbərlik etməsi prosesin əhəmiyyətini daha da artırır: “Çünki ölkə başçısı daim işğaldan azad edilmiş ərazilərə səfər edir, orada görülən işlərlə tanış olur, təlimatlar verir. Həmçinin dövlət rəhbəri hər səfəri zamanı yeni tikililərin təməlini qoyur, açılışlarda iştirak edir. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərin sürətini daha da artırır.
Azərbaycan gördüyü işlərlə bir daha bütün dünyaya sübut edir ki, həmin torpaqların əsl sahibləri bizik və biz torpaqlarımızı cənnətə çevirmək üçün fasiləsiz şəkildə çalışırıq. Azərbaycan xalqı və dövləti öz torpaqlarına sahib çıxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə