“Azərbaycan dünya dövlətlərinin diqqət mərkəzindədir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan dünya dövlətlərinin diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev 44 günlük müharibə ilə hamını başa saldı ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirirlər və bu siyasət də iflasa uğradı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, işğaldan azad olunan Azərbaycan torpaqlarının bərpası, dünənə qədər qaçqın və köçkün olan insanların öz dədə-baba yurdlarına qayıdışı dünya üçün tarixi təcrübədir: “Prezident İlham Əliyevin son günlərdə Ağdam və Xocalıya səfəri və Xocalıda hər bir evi diqqətlə izləməsi, ev sahibləri ilə görüşü dünyada analoqu olmayan hadisədir.

Bütün bunlar göstərir ki, bizim dövlət, xalq olaraq missiyamız təkcə torpaqları düşməndən azad etmək deyil, həm də torpaqlarımızı cənnətə çevirməkdir. Bununla da bütün dünya torpağa məhəbbətin necə olduğunun şahidi olacaq. Dövlət başçsının öz ad günlərini belə qaçqın və məcburi köçkün rayonlarında, əhali ilə birgə keçirməsi də dünya üzrə nadir hadisələrdən biridir. Bu gün Qarabağa gedən xarici qonaqlar da orada görülən işlərin sürətinə inana bilmirlər. Biz bir daha sübut edirik ki, Qarabağ günü-gündən cənnətə çevrilir və biz buranın əsl sahibləriyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə