“Bütün dünya görür ki, o torpaqların əsl sahibi bizik” - ŞƏRH OLUNDU

“İşğaldan azad edilmiş ərazilərə köç prosesi gözləniləndən daha sürətli şəkildə həyata keçirilir. Qeyd edim ki, şəxsən mən həmin torpaqların bu qədər qısa zamanda bərpa olunacağına inanmırdım. Çünki Ermənistan işğal dövründə Qarabağın altını üstünə çevirmişdi. Hələ bu da azmış kimi hər tərəf minalanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

O bildirib ki, dövlətimiz qısa müddət ərzində həm minalardan təmizlənmə prosesini həyata keçirdi, həm də çox gözəl yaşayış yerləri tikdi: “Artıq biz Xocalıya belə ilk köçün olduğu haqqında xəbəri almışıq.

Doğurdan da ölkəmizdə çox sevindirici proses gedir və bu proses çox sürətlə aparılır. Əlbəttə ki, Şuşa, Xocalı, Laçın, Zəngilanda insanlar yaşayır. Oranın keçmiş sakinləri evlərinə dönüblər və sözün əsl mənasında torpaqlarımız yenidən canlanır.
Ümumilikdə bərpa və quruculuq işləri gözləniləndən də sürətli və keyfiyyətli şəkildə həyata keçirilir. Bütün dünya görür ki, o torpaqların əsl sahibi bizik”.

Bütün xəbərlər Facebook səhifəmizdə