Azərbaycanla Litva arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə edilib- FOTO

Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib.

SİA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.
Sonra qonaqlar Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə hərbi tibb müəssisəsinə gələrək burada yaradılan şəraitlə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə