Aloe vera bitkisinin sağlamlığa faydaları haqqında getdikcə daha çox şey öyrənirik. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bədən sağlamlığından başqa, aloe vera bitkisi dəri və saç sağlamlığı üçün də faydalıdır. Bu bitki yaraları sağaldır, ləkələri aradan qaldırır və hətta saçların daha sürətli böyüməsini təmin edir. Aloe veranın faydalarından bəhs edəcəyimiz müalicələri evdə asanlıqla tətbiq edə bilərsiniz.
Aloe vera bitkisinin elmi adı "Aloe Barbadensisa"dır. Dəri üçün bir çox faydası olan aloe vera dərinin qıcıqlanmasını azalda, dərini nəmləndirə, yaraları sağalda, müalicə edə və saç uzada bilər.
Dərinizi və saçınızı təbii şəkildə yaxşılaşdırmaq istəyirsinizsə, aloe vera müalicələrindən kömək almaq faydalıdır.
Tez saç uzanması üçün maska
Aloe vera bitkisindən çıxan su saçları gücləndirir və daha sürətli uzadır. Evdə aloe vera müalicəsi etmək istəyirsinizsə, sizə lazım olan materiallar:
1 aloe vera yarpağı
1 çay qaşığı badam yağı
Aloe vera yarpağını şaquli olaraq yarıya bölün və içindəki jeli çıxarın. Bu jeli badam yağı ilə qarışdırın.
Hazırladığınız qarışığı saçınıza tətbiq etdikdən sonra 20 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyun.
Dəridəki ləkələrə qarşı maska
Aloe vera bitkisi dərini nəmləndirir, eyni zamanda dəri ləkələrinin yaranmasının qarşısını alır. Bunun üçün sizə lazım olan materiallar:
Aloe vera şirəsi
3 çay qaşığı su
5 çay qaşığı spirt
Bütün maddələri homojen tutarlılığa qədər qarışdırın.
Üzünüzə və boynunuza tətbiq etdikdən sonra 10 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyun və nəmləndirici tətbiq edin.
Günəş yanıqları üçün aloe vera
Günəş yanığının nə qədər ağrılı olduğunu söyləməyə ehtiyac yoxdur. Aloe vera müalicəsi ilə günəş yanıqlarını daha sürətli müalicə edə bilərsiniz. Sizə lazım olan yalnız aloe vera bitkisinin içindəki jeldir. İstəsəniz, nanə yarpaqlarını jelə qoyub qarışdırıcıdan keçirə bilərsiniz. Bu şəkildə yanmış sahə tez bir zamanda rahatlanır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə