Həkimlər rentgen müayinəsindən - ŞOKA DÜŞDÜLƏR

Çinin cənubunda həkimlər mədə xorası olan bir xəstəni müalicə etmək üçün onu rentgen edərkən ağciyərində bir mismar tapıblar. SİA xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Məlumata görə, hadisə Quansi Cjuan muxtar bölgəsindəki bir xəstəxanada baş verib. Beləliklə, rentgen şüaları Li adlı bir xəstənin ağciyərində üç santimetrlik metal mismarın olduğunu göstərib. Kişinin dediyinə görə, 2019-cu ildə o, bir inşaat sahəsində dülgər kimi işləyərkən mismarı udub.

"Bir mismarı lövhəyə vurdum, digəri dodaqlarımın arasında sıxıb saxladım. Sonra fikirlərim yayındı və sonra mismar boğazıma çatdı, reaksiya göstərməyə macal tapmadan onu uddum. Ağrı yox idi, normal yemişdim, ona görə də mismarın həzm sistemimdən çoxdan keçdiyini düşündüm. Buna görə də həkimə getmədim", deyə xəstə bildirib.

Qeyd olunur ki, Rentgen müayinəsindən sonra həkimlər xəstənin orqanizmində mismarın dəqiq yerini öyrənmək üçün onu KT müayinəsinə göndəriblər.

"Biz, ümumiyyətlə endoskopiya aparırıq və xarici cisimləri təmizləyirik. Ancaq iki ildən çox vaxt keçdiyindən mismar artıq ağciyər toxuması ilə əhatə olunmuşdur, onu sadəcə çıxarmaq mümkün deyildi", deyə cərrahiyyə şöbəsindən bildirilib.

Xatırladaq ki, mikro cərrahiyyə əməliyyatı ilə xəstənin bədənindən mismar ağciyərin bir parçası ilə birlikdə çıxarılıb. Mədə xorası xəstəliyinin müalicəsi üçün həkimə müraciət edən və ağ ciyərindən mismar çıxarılan Li hazırda həmin xəstəxanada xora xəstəliyindən müalicə olunmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə