74 ildən sonra İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanıblar

74 ildən sonra İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanıblar

Növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq sonuncu klubun adına aydınlıq gəlib. SİA xəbər verir ki, pley-off mərhələsinin finalında “Suonsi Siti”dən güclü olan “Brentford” elitaya vəsiqə qazanıb.

“Uembli”də baş tutan final matçının əvvəlindəcə iki qol vurmağa nail olan “Brentford” bu üstünlüyünü sonadək qoruyub. Yekunda 2:0 hesabıyla qalib gələn bu komanda “Norviç Siti” və “Uotford”un ardından Premyer Liqaya yüksəlib.

“Brentford” 74 illik fasilədən sonra İngiltərə çempionatının yüksək liqasında oynamaq şansı qazanıb. Bu komanda sonuncu dəfə 1947-ci ildə elitada mübarizə aparıb.

Qeyd edək ki, 2020/21 mövsümünün yekunlarına əsasən, “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” klubları Premyer Liqa ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə