Yaya ideal çəkidə girməyinizə kömək edəcək 8 təklif

Yaz fəsli yaxınlaşdıqda, arıqlamaq və daha arıq görünmək üçün şok pəhrizlərə müraciət edənlər diqqətli olun! SİA-nın xarici mətbuata istinadən verdiyi məluamata görə, sürətli çəki atmaq üçün tətbiq olunan pəhrizlər təhlükəlidir! Xüsusilə pandemiya prosesi zamanı bədənimizi zülal, vitamin, mineral və antioksidanlardan məhrum etmək həyati təhlükələrə səbəb ola bilər. İdeal bədən çəkisinə çatmaq və qorumaq üçün bəzi əsas qaydaların olduğunu vurğulayan türk qidalanma mütəxəssisi Melike Şeyma Dəniz, yayda ideal çəki üçün 8 qaydanı izah edib.

1.Yuxunuzu qaydaya salın

Son illərdə aparılan işlər qısa yuxu müddəti ilə bir çox xəstəlik arasında əlaqə olduğunu ortaya qoysa da, yuxu çatışmazlığının çəki itkisini çətinləşdirdiyini və çəki almağı da asanlaşdırdığını göstərir. Az yuxu yemək vaxtını artırır ki, bu da gecə qəlyanaltılarına səbəb ola bilər. İdeal yuxu müddətini 6-8 saat kimi düşünə bilərsiniz.

2.İki litr su için

Bədənin susuz qalması bədənin iş sistemində pozulmalara səbəb olur. Baş ağrıları, zehni və fiziki azalma, yalançı aclıq siqnalları bu pozuntulardan bəziləridir. Bu problemlərdən qaçınmaq, həzmi asanlaşdırmaq və daha rahat toxluq təmin etmək üçün 8-10 stəkan su içmək lazımdır. Suyun isti və ya soyuq içilməsinin çəki itkisini sürətləndirməsinə təsiri yoxdur.

3.Tərəvəzi əksik etməyin

Vitamin, mineral və sellüloz mənbəyi olan tərəvəzlər süfrə üçün əvəzolunmazdır. Bütün yeməklərinizə tərəvəz əlavə edin. Tərəvəz istehlak etmək immuniteti gücləndirməklə yanaşı, gün ərzində toxluq təmin edəcək. Tərəvəzləri salat, qaynadılmış, zeytun yağı ilə istehlak edə bilərsiniz.

4.Ləpələr yeyin

Qoz, badam, fındıq kimi ləpələr istehlak etmək keyfiyyətli yağ almağınızı təmin edir və toxluğunuzu uzadır. Həm də pis xolesterolun azaldılmasına kömək edir və ürəyin qoruyucu xüsusiyyətlərini göstərir. Yediyiniz qoz-fındıqların xam olduğundan əmin olun, çünki qovrulmuş qoz-fındıq daha yağlı və duzlu olacaq.

Bir ovuc çiy fındıq səhər yeməyi və ya qəlyanaltı üçün çox yaxşı alternativdir. Ancaq həddindən artıq istehlakdan çəkinin.

5.Ayaqüstü yeməyin

Bu sürətli yeməyinizə səbəb ola bilər. Sürətli yemək toxluq hissinə çatmağı çətinləşdirir. Yeməklərinizi kiçik boşqablara, kiçik kasalara yerləşdirmək nə yediyinizi görmək, daha yavaş yeməyinizi təmin etmək, daha sürətli toxluq hiss etmək çəki atmağı asanlaşdırmaq üçün vacib taktikadır.

6.Hərəkət edin

Pandemiyanın həyatımıza girməsi və evdə keçirdiyimiz vaxtın artması ilə fiziki fəaliyyət səviyyəmiz əvvəlkindən daha çox azalıb.

Digər tərəfdən, evdəki hərəkəti artırmağın yolları, onlayn dərslər, idman videoları çoxdur. Evdə və ya kənarda fəaliyyətinizi mütləq artırmalısınız. Dünya Səhiyyə Təşkilatı son fiziki fəaliyyət hesabatında yetkinlərin sağlamlığa faydaları üçün həftədə 150-300 dəqiqə hərəkət etmələrini tövsiyə edir. Sevdiyiniz fiziki hərəkətləri həyatınıza daxil edin, məsələn müntəzəm sürətli gəzinti, pilates, yoga, rəqs, evdə və ya çöldə məsləhətlidir.

7.Baharatlardan istifadə edin

Zəncəfil, sarıkök, qara bibər, çili bibəri və darçın kimi ədviyyatlar immuniteti gücləndirmək, qan şəkəri nəzarətini qorumaq, iştahı tarazlaşdırmaq və çəki atmağı sürətləndirmək üçün fərqli və çox yönlü təsirlərə malikdir. Duz istehlakı üçün tövsiyə olunan gündəlik miqdar 5-6 qram olduğu halda, araşdırmalar ölkəmizdə gündəlik istehlakın 15 qram civarında olduğunu göstərir. Ədviyyatlardan istifadə etmək həm də duzun azaldılmasına kömək edir.

8.Yavaş yemək

Yemək yeyərkən yavaşlamağa çalışın, çeynəmə sayını artırın. Araşdırmalar göstərir ki, yemək sürəti azaldıqca, yəni çeynəmə sayı artdıqca, yediyimiz qida miqdarı azalır və yeməkdən sonra toxluq artır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə