Alimlərin maraqlı tapıntısı - DÜNYADA ƏN TƏHLÜKƏLİ YER

Paleontoloqlar yer üzündə ətyeyən dinozavrların yaşadığı ən təhlükəli yeri kəşf ediblər. SİA xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Məlumata görə, bölgədə yoxa çıxan sürünənlərin yüksək konsentrasiyasını həmin ərazidə təsbit etdiyi bildirilir.

Qeyd olunur ki, tədqiqatçı Nizar İbrahimin, qaya formasiyalarını araşdıraraq əldə etdiyi nəticə belədir.
Qalıqları mütəxəssislər tərəfindən tapılan dinozavrların, təxminən 100 milyon il əvvəl, bu ərazinin sıx meşə ilə örtülü olduğu yerlərdə yaşadıqları qeyd olunur. Qayaların çöküntülərində otyeyən dinozavrların nisbətən az qalığı tapılıb.

"Bitki yeyən dinozavr qalıqları nadirdir və çaşdırıcıdır", deyib Nizar İbrahim.
O, bölgədəki ətyeyən dinozavrların çoxunun balıq yediyini söyləyib. Dəniz məhsulları ilə qidalanan böyük bir ətyeyən dinozavr kifayət qədər inandırıcı görünməsə də, paleontoloq, qədim dövrlərdə tapılan balıqların bir hissəsinin "bir avtomobil ölçüsünə" çatdığına diqqət çəkib.

“ZooKeys”də yayımlanan tədqiqatın həmmüəllifi, “Portsmut” Universitetinin professoru David Martill də, dinozavrların ovladığı nəhəng dəniz canlılarından bəhs edib.

Paleontoloqlar tərəfindən tapılan digər nəslikəsilənlərin qalıqları arasında, uzunluğu 13 metrə çatan, nəhəng qılınc dişli, Karxarodontozavr da daxil olmaqla, bölgədəki ən böyük üç dinozavrın sümükləri var.

"Afrikadakı dinozavrların yaşı haqqında nisbətən az şey bilirik. Bu, Saxara qumlarında axtarmağımızın əsas səbəblərindən biridir", deyib Martill.

Nizar İbrahimin sözlərinə görə, tədqiqatçılar 2021-ci ilin sonunda Mərakeşdə qazıntılara davam etməyi planlaşdırırlar.

Xatırladaq ki, bir qədər əvvəl Avstraliyada bir fermada 98 milyon il yaşı olan naməlum bir dinozavrın sümüklərinin tapıldığı bildirilmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə