Dünyanın ən yaxşı desertləri siyahısında türk yeməyi birinci olub...

...SİA xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, dünyanın hər yerindən kulinariya ənənələrini nümayiş etdirən TasteAtlas platformasında “Dünyanın 100 ən yaxşı deserti” reytinqində türk künefesi birinci yeri tutub.

Ən yaxşı desert uğrunda keçirilən müsabiqədə müxtəlif ölkələrdən 2274 yemək iştirak edib.

Künefe veb sayt ziyarətçilərindən 97.422 səs toplayaraq ən yüksək reytinqi qazanıb.

Reytinqdə Böyük Britaniya və İtaliyadan müxtəlif növ dondurmalar yer alıb.

Künefe Antakyadan gəlir və duzsuz, elastik pendir və nazik vermişel ilə hazırlanır. Desert hər iki tərəfi yağda qızardılır, sonra şərbətlə səpilir və süfrəyə verilir. İstəyə görə yeməyə bir qaşıq dondurma əlavə etmək olar.

...Künefemizin dünya reytinqində birinci yeri tutmasından çox məmnun olduq. İşlərini vicdanla yerinə yetirən bütün həmkarlarıma təşəkkür etmək istəyirəm, - deyə Antakya künefe ustalarından biri olan 26 yaşlı aşpaz Əbdülqadir Mısırlı bildirib.

O deyir ki, onun restoranında həftə içi günlərdə gündə təxminən 10, həftəsonları isə 30-dan çox künefe satılır. Künefenin dünyanın ən yaxşı desertləri kimi tanınması təkcə Türkiyə üçün deyil, həm də Antakya üçün qürur mənbəyidir, çünki bu, regionun kimliyinin bir hissəsi olan yerli yeməkdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə