Niyə eşşək Jorik Kamerun keçiləri ilə birlikdə yaşamalıdır?

...Xüsusi hərbi əməliyyat zonasında o, hərbi hissənin şəxsi heyətindən birinə sursat və məişət əşyaları daşımaqda kömək edib. Noyabrın sonunda onun bölməsi yenidən yerləşdirilib və eşşək Moskva Zooparkına göndərilib.

...Hazırda eşşək Jorik üçün sülh və tədricən uyğunlaşma vacibdir. Mütəxəssislərimiz onun hazır olduğuna qərar verən kimi, o, uşaq zooparkındakı daimi sərgiyə köçəcək.

Deməli, bunu Moskva Zooparkının baş direktoru Svetlana xanım Akulova bəyan edib.

Baş direktor onu da bildirib ki, müayinə və planlaşdırılan karantindən sonra eşşək Jorik Kamerun keçiləri ilə birlikdə təmas zonasında yaşayacaq.

Qeyd edək ki, daha əvvəl Moskva Zooparkından Pallasın pişiyi Babnikin kökəlmə dövrünü başa vurduğu bildirilmişdi. Və hətta onun maksimum çəkisinin 6,5 kiloqrama çatdığı da bildirilirdi.

Amma, deyəsən eşşək Jorikə bu sayğı göstərilmir?...

P.S: Yaxşı, sual oluna bilər: öz hərbi-xidməti borcunu “ləyaqətlə yerinə yetirən” eşşək Jorik niyə Kamerun keçiləri ilə yaşamalıdır? Belə eşşəklərin sayını artırmaq lazımdır, axı... Bir də, ruslar onun ön cəbhədəki xidmətlərnə beləmi sayqı göstərirlər? Və “neujeli” onlar belə eşşəklərin sayını artırmaq barədə düşünmürlər?

...Sizi bilmirəm, amma, mənə elə gəlir ki, ruslar bu barədə düşünməlidirlər..?

Əşşi, nəyimizə gərək ey...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə