Rusiyada 70 illik bərpa olunmuş GAZ-12 ZIM satılır...

Soçidə 1957-ci il Sovet GAZ-12 ZIM sedanı satışa çıxarılıb. Odometrdə avtomobilin yürüşü cəmi 12.500 kilometrdir. Sahib bildirir ki, avtomobil əla vəziyyətdədir.

Avtomobilin adı orijinaldır və avtomobil qeydiyyatdan keçib.

SİA-nın əldə etdiyi məlumata görə, tam bərpa 2018-ci ildə başa çatıb.

Təkərlər və disklər 1957-ci ildə istehsal olunub. Avtomobil heç vaxt qəzaya düşməyib və salon heç vaxt tüstülənməyib. Kapotun altında 3,5 litrlik, 90 at gücündə mühərrik və mexaniki ötürücü qutu var.

Bu nadir avtomobilin qiyməti 6,5 milyon rubldur.

ZIM sedanı məşhur GAZ-13 Chaika-nın sələfi idi və əvvəlcə partiya nomenklaturası üçün şəxsi nəqliyyat vasitəsi kimi nəzərdə tutulmuşdu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə