...Rusyada, Nijni Tagildə bir müəllim tanışlıq tətbiqində onun üçün saxta profil yaradan yeniyetməyə qarşı məhkəmə iddiası qaldırıb. Bildirilib ki, 2025-ci ilin yazında 13 yaşlı məktəbli qız Telegram tanışlıq tətbiqində müəllimə zarafat etmək niyyəti ilə saxta müəllim profili yaradıb.
SİA xəbər verir ki, bu barədə E1 portalı məlumat yayıb.
Profil təsvirində yeniyetmə bir gecəlik münasibət üçün kişi axtardığını bildirib.
Vəziyyətdən xəbər tutan müəllim dərhal məhkəmə iddiası qaldırıb.
...Əxlaqsız davranışla bağlı yalan ittihamların yayılması müəllimin qadın, həyat yoldaşı, ana və müəllim kimi şərəf və ləyaqətini ləkələyib. Stress səbəbindən müəllimdə sağlamlıq problemləri yaranıb, - deyə Sverdlovsk Vilayət məhkəmələrinin mətbuat xidməti qeyd edib.
Bildirilib ki, yeniyetmənin anası zərərçəkmişə mənəvi ziyana görə 300.000 rubl təzminat ödəməli olub və cinayət işləri dayandırılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB