Arxeoloqlar 1400 illik kubik kəllə aşkar ediblər...

Meksikada qeyri-adi insan kəlləsi aşkar edilib…

...Meksikanın Tamaulipas şəhərindəki Mezoamerika ərazisində qeyri-adi kubik formalı insan kəlləsi aşkar edilib. SİA xəbər verir ki, bu barədə Metro bildirib.

İddialara görə, müxtəlif Mezoamerika etnik qrupları eramızdan əvvəl 650-ci il və eramızın 1200-cü illəri arasında ərazidə məskunlaşıblar.

1400 illik kişi kəlləsi, bu ərazidəki insanların qəsdən deformasiya yolu ilə unikal baş formalarına nail olduqlarına dair ilk dəlildir.

Bioloq və antropoloq Xesus Ernesto Velasco Qonzález izah edib ki, bu bölgədə əvvəllər süni şəkildə dəyişdirilmiş kəllələr aşkar edilsə də, bu şəxsin kəlləsinin forması unikaldır - sümük paralelepipedə bənzəyir.

Bu təsir başın parietal sümüklər ətrafında müəyyən bir sıxılma bucağı vasitəsilə əldə edilib.

Tədqiqatçılar kişinin qeyri-adi baş formasının hələ də məlum olmayan xüsusi mədəni əhəmiyyətə malik ola biləcəyini söyləyirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə