Putin Dağıstan sakininə “Qəhrəman Ana” titulunu verdi…

...Dağıstandan olan on uşaq anası Misidi Şamxalova "Qəhrəman Ana" adına layiq görülüb. Müvafiq fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Sənəddə qeyd edildiyi kimi, bu ad dağıstanlı qadının ailə institutunun möhkəmləndirilməsi və uşaq böyütməsindəki töhfələrinə görə verilir.

SİA-nın məlumatına görə, Mahaçqala rəsmiləri aydınlaşdırıblar ki, dul qadın olan Şamxalova təkbaşına on uşaq böyüdür: bir oğul və doqquz qız.

Çoxuşaqlı ana bazarda işləyir.

…Əvvəllər Çeçenistan və Dağıstanın 2024-cü ildə ən yüksək doğum nisbətinə malik ölkələr olacağı bildirilirdi.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkənin ümumi doğum nisbətinin 2030-cu ilə qədər hər qadına ən azı 2,1-ə çatdırılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, üç və ya daha çox uşağı olan ailələr normaya çevrilməlidir.

Prezidentin sözlərinə görə, etnomədəni tarazlığın qorunması və çoxuşaqlı ailələrin təşviqi Rusiya cəmiyyətinin inkişafı və Rusiyanın suverenliyinin möhkəmləndirilməsi üçün əsasdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə