...Nirvana qrupunun solisti Kurt Kobainin dünyanın ən bahalı gitarası kimi tanınan əfsanəvi Martin D-18E gitarası Londondakı Kral Musiqi Kollecinə bağışlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine xəbər verir.
Məhz bu gitarada Kurt faciəli ölümündən altı ay əvvəl, 1993-cü ildə məşhur MTV Unplugged konsertini ifa edib.
2020-ci ildə RØDE Microphones şirkətinin təsisçisi və sədri Peter Fridman aləti 6 milyon dollardan çox qiymətə satın alaraq, gitaranın qiyməti üzrə dünya rekordu qırıb.
Kollecin Avstraliya tələbələri üçün təqaüd fondunu da dəstəkləyən Fridman indi D-18E gitarasını kollecə bağışlayıb.
Gitaranın 2026-cı ildə açılması planlaşdırılan yeni qastrol sərgisinin bir hissəsi olması planlaşdırılır.
...Bu ikonik gitaranı Kral Musiqi Kollecinə bağışlamaqdan məmnunam ki, onun dəyəri və tarixi kollecdəki və dünyanın hər yerindəki gənc musiqiçilərə ilham verə bilsin, - Fridman deyib.
O, həmçinin hədiyyəni musiqini və Londonu sevən atası Henriyə həsr edib. Kollecin direktoru Ceyms Uilyams bu səxavətli jestə görə minnətdarlığını bildirib: "Bu gitara Kurt Kobeynə həsr olunmuş beynəlxalq sərgi üçün yeni imkanlar açır və Peter Fridmanın həyatı dəyişdirən incəsənət və təhsilə verdiyi sarsılmaz dəstəyini simvolizə edir."
Alət əvvəllər Kobeynin qızı Franses Bin Kobeynə məxsus idi və 2018-ci ildə hərracda satılmadan əvvəl keçmiş əri İsaya Silvaya keçdi.
Bu hədiyyə ikonik gitaranı dünya miqyasında pərəstişkarları və musiqiçi olmaq istəyənlər üçün əlçatan edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB