Pula əli çatmayanlar... kül oğurlayıblar...

İşçilər ev heyvanlarının qalıqlarının geri qaytarılmasını tələb edirlər...

...ABŞ-ın Kaliforniya ştatında iki naməlum şəxs baytarlıq klinikasından ev heyvanlarının külünü oğurlayıblar.

SİA-nın məlumatına görə, bu barədə People xəbər verir. Deməli, şüşə qapını sındırıb, içəri girən maskalı oğruların məqsədi pul aparmaq olub. Lakin onlar kassanı aça bilməyiblər.

Puldan əli üzülənlər ev heyvanlarının külünün olduğu xüsusi torbaları götürüb hadisə yerindən qaçıblar.

Klinika işçiləri səhər saatlarında sınmış qapını aşkar ediblər və hüquq-mühafizə orqanlarına zəng ediblər.

Müşahidə kameralarının görüntüləri oğruların səhər saat 6:00 radələrində binaya girib ev heyvanlarının qalıqları ilə birlikdə getdiyini təsdiqləyiblər.

Klinika ofisə girmənin videosunu yayımlayıb və sakinlərdən ev heyvanlarının külünün tapılmasında kömək istəyib. ...Onların hərəkətləri artıq çox şeydən keçmiş kədərli ailələrə ölçüyəgəlməz ağrı verəcək. Biz onları bu ev heyvanlarını sevən insanlara qaytarmaq istəyirik.

Bu bəyanatda deyilir.

Brentvud polisi şübhəliləri axtarır və yerli sakinləri oğurlanmış külün tapılmasına səbəb ola biləcək hər hansı bir məlumatı verməyə çağırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə