Canavar yatmış ananın körpəsini aparıb...

...Hindistanın Uttar Pradeş əyalətində uşağa daha bir canavar hücumu qeydə alınıb.

SİA xəbər verir ki,The Indian Express qəzetinin məlumatına görə, yırtıcı gecə Mallaxanpurva kəndindəki bir evə girib və yatan dörd aylıq körpəni aparıb.

Ana səs-küydən oyanıb, ancaq canavarın uşağı alıb qaçdığını görüb. Körpənin qalıqları daha sonra hadisə yerindən təxminən bir kilometr aralıda şəkər qamışı kolluğunda tapılıb.

Deyilənlərə görə, bu, Kaiserganj rayonunda son on gündə baş verən dördüncü belə hücumdur.

Yerli hakimiyyət orqanları axtarış əməliyyatının bərpa olunduğunu elan edib.

Yırtıcıları aşkar etmək üçün termal görüntüləmə kameraları və kamera tələləri olan dronlardan istifadə olunur.

Bölgə sakinlərinə son dərəcə ehtiyatlı olmağa çağırılıb.

Daha əvvəl Uttar Pradeşdə canavar beş yaşlı bir qız uşağını öldürüb.

Şahidlərin sözlərinə görə, hadisə axşam saatlarında ailə çöldə şam yeməyi yeyərkən baş verib.

Ana qısa müddətə mobil telefonunu götürmək üçün içəri girib, canavar uşağa hücum edərək onu meşəlik əraziyə sürükləyib.

Qızın atası və əmisi heyvanı təqib etməyə çalışsalar da, qaranlıqda onu tuta bilməyiblər. Ertəsi gün uşağın cəsədi evdən təxminən 800 metr aralıda, tarlada çoxsaylı xəsarətlərlə tapılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə