Sosial media kibertəhlükəsizlik şirkəti olan Spikerz-in məlumatına görə, məşhurlar kimi təqdim edilən hakerlər 2025-ci ildə onlayn fırıldaqçılıqdan təxminən 5,3 milyard dollar qazanıblar.
SİA xəbər verir ki, Spikerzin hesabatına görə, auditoriyalarının yüksək aktivliyi səbəbindən musiqiçilər hakerlərin əsas hədəfidir.
2025-ci ildə fırıldaqçılar ən çox Teylor Svift, Sabrina Karpenter və Billi Eylişin pərəstişkarlarını hədəf alıblar. Azarkeşlərə saxta biletlər, mallar, VIP tədbirlər satılıb və hətta saxta canlı yayımlar və hədiyyələr təşkil edilib.
Spikerz hesab edir ki, sosial media vasitəsilə alınan hər beş biletdən biri saxta və ya fişinq hücumunun bir hissəsi olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB