80 yaşlı Şer 39 yaşlı sevgilisi ilə evlənməyi planlaşdırır...

Tabloidlər müğənninin Aleksandr Edvardsla mümkün toyu barədə xəbərlər yayırlar...

...Amerikalı müğənni Şer yenidən “eşqə düşüb” deyə yenidən “ərə gedə” bilər - ən azından may ayında qeyd edəcəyi 80 illik yubileyi ərəfəsində yayılan şayiələr belədir.

SİA xəbər verir ki, Britaniyanın "Mirror" nəşrinin məlumatına görə, sənətçinin 39 yaşlı sevgilisi Aleksandr "AE" Edvardsla evlənməyi planlaşdırdığı bildirilir.

Nəşr mənbəyə istinadən bildirir ki, "Şer 40 yaş fərqindən qətiyyən narahat deyil və hər ikisi münasibətlərini rəsmiləşdirməyə hazırdır".

İnsayderin sözlərinə görə, müğənni ildönümünü “bunun sonunu qoymaq və rəsmi olaraq evli cütlük olmaq üçün mükəmməl vaxt” hesab edir.

Lakin Şerin nümayəndəsi Page Six-ə verdiyi açıqlamada bu iddiaları təkzib edərək tabloidin xəbərini “yalan” adlandırıb. Müğənni dəfələrlə musiqi prodüseri ilə aralarındakı əhəmiyyətli yaş fərqi ilə bağlı tənqidlərə cavab verib.

Noyabr ayında o, “CBS Mornings” verilişində bildirib ki, “Mənim vecinə deyil. Bu mənim həyatımdır. Aramızda nə baş verdiyini heç kim bilmir və biz sadəcə əla vaxt keçiririk”.

Şer həmçinin Edvardsın yaşına fikir vermədiyini açıqlayıb: “O deyir ki, “bəli, sən daha yaşlısan, amma ruhun gəncdir””. Ulduz münasibətlərinin qarşılıqlı istilik və əyləncəyə əsaslandığını etiraf edib.

...Biz həmişə gülürük. Mən onu sadəcə sevirəm. O, gözəl, istedadlıdır - indiyə qədər tanış olduğum ən istedadlı insanlardan biridir.

Cütlük ilk dəfə 2022-ci ilin noyabr ayında Los-Ancelesdə əl-ələ gördükləri zaman medianın diqqətini cəlb etdi.

Müğənni tezliklə sosial mediada münasibətlərini təsdiqlədi və nifrət edənlərə cavab verdi ki, “kimin nə düşündüyünə əhəmiyyət vermirəm”.

2023-cü ilin mart ayında Şer və Edvards ilk dəfə Versace şousunda qırmızı xalçada birlikdə gəzdilər. Edvardsla görüşməzdən əvvəl Şer iki dəfə evli olub: Sonni Bono (1964–1975) və Qreqq Allman (1975–1979).

Onun həmçinin Val Kilmer, Cin Simmons və Tom Kruzla münasibətləri olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə