33 yaşlı gənclə tanış olan 85 yaşlı qarının sonrakı aqibəti...

...Deyirəm, adam utanır da danışmağa..?

Deməli, Rusiyanın əyalət şəhərlərinin birində qəribə hadisə yaşanıb.

SİA-nın əldə etdiyi məlumata görə, “tənhalıqdan bezən” 85 yaşlı qarı özünə yar axtarmağa başlayıb.

Və tezliklə tapıb da...

Belə ki, qarı qadın tanışlıq saytında bir gənc oğlanla tanış olub. Onlar bir-birlərinə mesaj yazıblar, görüşüblər, söhbət ediblər və içki içiblər.

Və hətta yaxın münasibət də qurublar. (...belə görünür ki, qarıya lap vacibmiş..?-A.B.)

Daha sonra yenidən masaya qayıdıblar.

Bir anda ev sahibi gənc oğlana xoşagəlməz bir zarafat edib. O, inciyib və onlar mübahisə ediblər.

Qonaq təsə sevgilisinə hücum edib, döyüb, qapını çırpıb və çıxıb gedib.

Və qohumları döyülən qarını xeyli vaxt sonra aşkar ediblər. Gənc oğlan da tezliklə detektivlər tərəfindən saxlanılıb.

Ona "Ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan ağır bədən xəsarəti yetirmə" ilə cinayət işi açılıb və araşdırılır. Dindirmə zamanı o, günahını tam etiraf edib və əməllərindən peşman olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə