Keşiş ruhların Yerə çağırılmasını günah hesab edir...

...Rus Pravoslav Kilsəsinin baş keşişi Dmitri Moiseyev möminlərə ruhlarla əlaqə saxlamaq cəhdləri ilə bağlı risklər barədə xəbərdarlıq edib. O, həmçinin o biri dünyadan ruh çağırmağın nə üçün günah olduğunu izah edib.

Keşişin fikrincə, axirətdən ruh çağırmaq istəyi Allahın iradəsinə ziddir.

Ölümdən sonra ruh cənnətə gedir və onun taleyini Allah həll edir. Əgər insan Yer üzündə bir ruhu çağırmağa çalışırsa, bu, ilahi nizamın pozulması hesab olunur.

Kilsə qanunlarına görə, belə bir pozuntu altı il müddətinə aforozla nəticələnə bilər.

SİA-nın məlumatına görə, keşiş vurğulayıb ki, bu cür hərəkətlər insanı Allahdan uzaqlaşdırır, onu mənəvi əlaqədən məhrum edir və ola bilsin ki, ömrünün sonunda ruhun xilasına mane olur.

...İnsanın hansı ruhu çağırmağa çalışmasının əhəmiyyəti yoxdur - cinlərdən biri cavab verə bilər. Bu, Allahdan uzaqlaşmağa və qurtuluş imkanının itirilməsinə səbəb olacaq.

Bunu da keşiş deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə