Sörfçü göyün suda əks olunduğu gölü fəth edir...

Nadir bir hadisə sosial şəbəkələri heyrətə salıb...

...Portuqaliyalı fotoqraf Joau Serrao sörfçü dostu Andrey Raz ilə Boliviyadakı məşhur Uyuni şoranlığına gəliblər.

Və onlar internetdə həvəslə qarşılanan inanılmaz kadrlar çəkiblər.

SİA-nın məlumatına görə, sörfçü gölün səthində qaça bilib, daha sonra TikTok-dakı videoda göründüyü kimi, optik illüziyanın inanılmaz sehrini göstərmək üçün lövhədə dayanıb.

Göldə sörfinq edən kişilərin videosu inanılmaz dərəcədə viral olub - hər iki bloqqerin səhifələrində onlar ümumilikdə 23 milyon baxış toplayıblar.

Kadrlarda Portuqaliyadan olan fotoqrafın dostu ilə məşhur şoranlığa necə gəldiyini görə bilərsiniz.

Daha sonra kadrlarda Andrienin qaçaraq suyun üzərində kiçik bir dönüş edə bildiyini görmək olar.

TikTok-dakı videosunda idmançı, ehtimal ki, Joau Serrao tərəfindən çəkilmiş ikinci bucaqdan kadrlar göstərib.

Burada blogger əvvəlki videoda görünən eyni hərəkət mexanizmlərini təkrarlayır. Yeganə fərq, gün batımı ilə əlaqədar fon işıqlandırmasının dəyişməsidir.

Məşhur videolara şərhlərdə istifadəçilər Boliviyada yerləşən Uyuni duz gölünü dərhal tanıyıblar.

Bu videolar bu ilin fevral ayının ortalarında çəkilib və müxtəlif vaxt intervallarında yayımlanıb.

Uyuni gölü: onun fenomeni haqqında nə məlumdur...

...Cənubi Amerikanın ən məşhur su anbarlarından biri Boliviyada yerləşir və unikal kimyəvi təbiətə malikdir. Müxtəlif metalların duzlarının konsentrasiyasına və burada yaranmış xüsusi ekologiyaya görə göl hazırda litiumun dünyanın əsas mənbələrindən biri hesab olunur.

Daha sonra tədqiqatçılar bəzən nəhəng güzgü kimi görünən dünyanın ən böyük duz düzənliyi haqqında danışdılar. Onların hesablamalarına və təxminlərinə görə, işığı əks etdirən şoranlığın səthi o qədər böyükdür ki, əslində nəhəng güzgüyə bənzəyir, hətta kosmosdan belə asanlıqla görünə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə