Bu, köhnə kovboy filmindəki səhnəyə bənzəyirdi...

67 yaşlı ingilis maral hücumuna məruz qalıb..?

...İngiltərənin Çeşir qraflığında qeyri-adi hadisə baş verib: parkda gəzən adama vəhşi maral hücum edib və hətta onu buynuzlarına alaraq az qala...öldürəcəkmiş...

SİA xəbər verir ki, Britaniyanın “Daily Star” tabloidinin yazdığına görə, qurban bir porsiya pivə və ənənəvi yemək – karri üçün dostu ilə parka gedib.

Deməli, 67 yaşlı Rod Savic hadisəni belə xatırlayır: “Biz gəzirdik, təbiətdən həzz alırdıq ki, birdən bu nəhəng maral üstümə qaçdı. Hər şey bir anda oldu: heyvanın baxışlarını, nəhəng buynuzlarını mənə yönəltdiyini gördüm... Bu, köhnə kovboy filmindəki səhnəyə bənzəyirdi, ancaq burada tamamilə fərqli nəticə ola bilərdi”.

Savicin dediyinə görə, dostu Denni MakNikol yaxınlıqda olub və o maralı yayındıra bilib.

Rod Savic bunu xoşbəxtliyi kimi təqdim edib, amma...

...Hadisədən sonra məlum olub ki, maralın iti buynuzları Rodun qarnını ciddi şəkildə zədələyib, iki qabırğası da daxil olmaqla ağır qanaxma və xəsarətlər alıb.

...Bu, həyat uğrunda əsl mübarizə idi. Əgər Denni vaxtında müdaxilə etməsəydi, nəticələr daha pis ola bilərdi. Zərərçəkmiş Makklesfilddəki yerli xəstəxanaya yerləşdirilib, orada həkimlər ciddi yaralara baxmayaraq, daxili orqanlarda heç bir zədələnmə diaqnozu qoymayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə