Amerikalılara “atan” rus fırıldaqçısı Maskın ailəsinin yanında məskunlaşıb...

...Amerikalılara yüz minlərlə dollar aldadan rusiyalı fırıldaqçı Anna Sorokina İlon Maskın ailəsinin yanında dəbdəbəli yaşayış kompleksində məskunlaşıb.

SİA xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb.

Anna Delvi kimi tanınan 34 yaşlı dələduzun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən ev dustaqlığına dəyişdirildiyi məlum olub.

O, Nyu-Yorkun maliyyə rayonunda Bruklin və Manhetten körpülərinin mənzərəsi olan lüks mənzildə məskunlaşıb. Qeyd olunur ki, milyarder İlon Maskın qohumları eyni evdə yaşayır - onun 13 yaşlı oğlu Romulus və anası Eşli Sent Kler...

Lakin fırıldaqçının mənzil üçün nə qədər kirayə pulu ödədiyi məlum deyil.

Jurnalistlərin sözlərinə görə, hazırda bu kompleksdə beş mənzil kirayə verilir, onların qiyməti 4232-10 min dollar arasında dəyişir.

...Almaniya vətəndaşı 2016-cı ildə Nyu-Yorka köçüb və özünü başqalarına Anna Delvey kimi təqdim edib. O, özünü varlı bir ailənin varisi adlandırıb və yüksək cəmiyyətin üzvləri ilə yaxından əlaqəli olub. Fırıldaqçı ona kredit götürməyə, bahalı otellərdə pulsuz qalmağa və dəbdəbəli geyim markaları almağa imkan verən saxta çeklər edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə