Ər arvadına ad günündə ona böyrəyini “hədiyyə edib”...

...Türkiyənin şimal-qərbində yerləşən Sakarya şəhərində 42 yaşlı evdar qadın Deniz Ağca ərinin ad günü hədiyyəsi sayəsində həyata olan ümid qazanıb.

SİA-nın məlumatına görə, bu barədə “Sabah” xəbər verir.

Qadın 16 il əvvəl hamiləlik zamanı şəkər xəstəliyinə tutulub. Xəstə insulin dozasını düzgün seçə bilməyib. Buna görə də ağırlaşmalara və böyrək çatışmazlığına səbəb olan daimi hiperqlikemiyadan əziyyət çəkib.

Belə olan halda həyatı ancaq müntəzəm hemodializ və ya transplantasiya yolu ilə xilas etmək olar.

Qadının 20 ildir onunla yaşayan əri İsmayıl Ağca həyat yoldaşını xilas etmək və böyrəyinin birini ona vermək qərarına gəlib.

...Həkim böyrəyimin artıq işləmədiyini deyəndə dünyam dağıldı. Böyrəklərimdə heç vaxt ağrı hiss etməmişdim, onlarda hər şeyin qaydasında olduğuna əmin idim.

Bunu qadın xatırlayır.

...Həftədə üç dəfə hemodializ almalı idim.

O, transplantasiyanın mümkünlüyünü biləndə ailə üzvlərindən heç birindən kömək istəməyi ağlına belə gətirməyib. Amma İsmayıl dərhal kömək əlini uzadıb.

...Böyrək axtarmağa ehtiyac yoxdur, mən öz böyrəyimi sənə ad günü hədiyyəsi verəcəm, - deyib.

...Həyat yoldaşımın əsəbləşməsini istəmirdim. Analizlər uyğunluğumuzu təsdiq edən kimi dərhal qərar verdim. Tək narahatlığım iş idi. Amma həkimlər məni əmin etdilər ki, əməliyyatdan sonra mənim üçün heç bir məhdudiyyət olmayacaq. Transplantasiya xərclərinin hamısını dövlət ödəyəcək, - deyə ər bildirib.

...Biz donorun və resipiyentin vəziyyətini çox diqqətlə qiymətləndirdik və hər ikisinin əməliyyata hazır olduğu qənaətinə gəldik. Əməliyyat 6 saat davam etdi və uğurlu keçdi.

Bunu həkim Veysəl Umman bildirib.

Onun sözlərinə görə, cütlük indi sağalır.

...İsmail tezliklə işə qayıdacaq, Dəniz isə dializsiz həyata alışır, - deyə həkim bildirib.

O, fəsadların hələ də sağalması mümkün olan ilkin mərhələdə müəyyən etmək üçün şəkərli diabetin kompensasiyası və müntəzəm diaqnostikanın vacibliyini vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə