...Dinozavr qalıqları bütün qitələrdə tapılıb. O cümlədən 51 ölkədən və Antarktidadan dinozavr növləri təsvir edilmişdir. Otuz və ya daha çox növ 12 ölkədə təsvir edilmişdir.
Bunlar Argentina, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, Monqolustan, Cənubi Afrika, İspaniya, Böyük Britaniya və ABŞ-dır.
SİA-nın məlumatına görə, bu barədə Naked Science yazır. Belə tapıntıların sayına görə ABŞ və Çin liderlərdir.
Belə ki, hər ölkədə 320-dən çox növ aşkar edilib.
Onların müxtəlif geologiyası var və onlar həmçinin mezozoyun ən tam geoloji hissələrini qoruyub saxlamışlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə