...Avstraliyanın Flinders Universitetinin alimləri britaniyalı həmkarları ilə birlikdə belə bir fərziyyə irəli sürüblər: torpaqda və ətraf mühitdə yaşayan mikroblar dolayısı ilə insanın mikrobiotasına və “bağırsaq-beyin oxuna” təsir göstərərək, emosiyalara və hətta romantik münasibətlərin dinamikasına təsir göstərə bilirlər.
SİA-nın məlumatına görə, bununla bağlı yazı mSystems jurnalında dərc olunub.
Müəlliflər mikroorqanizmlərin hormonları və əsas nörotransmitterləri - dopamin, serotonin və oksitosini necə tənzimləyə biləcəyinə dair məlumat toplayıblar ki, bunlar emosiyalar, o cümlədən bağlılıq və romantik hisslərlə bağlıdır.
...Biz mikroblar və endokrin sistem arasında təkamül yolu ilə inkişaf etmiş qarşılıqlı əlaqənin təkcə sevgiyə deyil, həm də təcavüz və ya düşmənçilik kimi hallara necə təsir edə biləcəyini araşdırırıq. Əgər fərziyyə təsdiqlənərsə, bu, psixi sağlamlığın və şəxsiyyətlərarası münasibətlərin qorunmasına yeni yanaşmalar üçün perspektivlər açacaq.
Bunu işin həmmüəllifi Ceyk Robinson izah edib.
Alimlər həmçinin torpağa bioloji, ekoloji və sosial sistemlər arasında qarşılıqlı təsirlərin kompleks şəbəkəsinin mühüm elementi kimi baxırlar.
Sağlam torpaq təkcə kimyəvi və mikrob siqnalları buraxmır, həm də havanın keyfiyyətini yaxşılaşdıran, səs-küyü azaldan və temperaturu tənzimləyən bitki örtüyünü dəstəkləyir.
Bütün bunlar insanın sinir, endokrin və immun sistemlərinə dolayı təsir göstərir.
Bunun əksinə olaraq, torpağın deqradasiyası havadakı zərərli hissəciklərin səviyyəsini artırır və aerobiomanın müxtəlifliyini azaldır ki, bu da iltihab və zəif psixi rifahla əlaqələndirilə bilər.
Tədqiqatçıların fikrincə, ekoloqlar, tibb mütəxəssisləri və şəhər planlaşdırıcıları təkcə bioloji müxtəlif deyil, həm də insan sağlamlığı ehtiyaclarına uyğun olan mühitlərin layihələndirilməsi üçün birlikdə işləməlidirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə